Bank Respublika və “Sabah” – uğura aparan uzunmüddətli tərəfdaşlıq
İllərin tərəfdaşlığı bəhrəsini verdi – “Sabah” Çempionlar Liqasında. “Sabah” 5:2 hesabı ilə tarix yazdı – "Bank Respublika" klubun yanında ilk dövrlərdən olub.25 avqust Azərbaycan futbolu üçün tarixi gün oldu. “Sabah” Futbol Klubu ilk dəfə iştirak etdiyi UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanaraq böyük uğura imza atıb. Pley-off mərhələsinin həlledici qarşılaşmasında İsrailin “Hapoel Beer-Şeva” komandasını 5:2 hesabı ilə məğlub edən “Sabah” Azərbaycan futbolu üçün əlamətdar nəticə əldə edib.
Bu qələbə münasibətilə “Sabah”ın baş sponsoru "Bank Respublika" ASC məlumat yayıb. Məlumatda bildirilir:
"Bu uğurun diqqətçəkən tərəflərindən biri klubun keçdiyi inkişaf yolu və bu yolun başlanğıcından etibarən ona göstərilən dəstəkdir. "Bank Respublika" “Sabah”ın yarandığı ilk dövrlərdən gənc klubun yanında olub və illər ərzində bu əməkdaşlığı davam etdirib.
Bu, "Bank Respublika"nın biznesdə tətbiq etdiyi yanaşmanın idmanda da davamıdır: potensiala inanmaq, inkişaf üçün uzunmüddətli dəstək vermək və nəticəyə gedən yolda tərəfdaşının yanında olmaq.
“Sabah”ın keçdiyi yol bunun bariz nümunəsidir. Bir vaxtlar böyük hədəflərlə yola çıxan gənc klub bu gün Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində Azərbaycanı təmsil edəcək. Bu nəticə göstərir ki, idmana sponsorluq yalnız loqonun formada və ya stadionda görünməsi deyil. Sistemli və ardıcıl dəstək düzgün strategiya və əzmkarlıqla birləşdikdə real uğura çevrilir.
Ümid edək ki, "Bank Respublika"nın bu yanaşması digər Azərbaycan şirkətləri üçün də nümunə olacaq və özəl sektor ölkə idmanına, perspektivli komanda və idmançılara daha fəal və uzunmüddətli dəstək verəcək.
“Sabah”a Çempionlar Liqasının əsas mərhələsində uğurlar, Azərbaycan idmanına isə yeni qələbələr arzulayırıq!"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
2 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
25 d. əvvəl
Kredit təşkilatı təcili toplantı çağırdı - mühüm əhəmiyyətli əqd bağlamağa hazırlaşır
-
41 d. əvvəl
Bank Respublika və “Sabah” – uğura aparan uzunmüddətli tərəfdaşlıq
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit ®
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Bank Respublika və “Sabah” – uğura aparan uzunmüddətli tərəfdaşlıq
“Ekolizinq”də 99%-lik pay əl dəyişdirib
10 yeni biznes “Startap” şəhadətnaməsi aldı - ADLARI
Ən çox oxunanlar
15 milyon manatlıq istiqrazlara 60,7 milyon manatlıq tələb - “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq
Banklarda 40 milyard manatdan çox depozit toplanıb
Əlindəki qızılın dəyərini bilirik! ®
Əhalinin banklara borcu artır: İstehlak kreditləri 10 milyard manatı keçib - Bir ildə 1 milyard manat artım
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşdı
Avqustun 27-də gözlənilən hava şəraiti





















