10 yeni biznes “Startap” şəhadətnaməsi aldı - ADLARI
Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq“Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında daha 16 layihəyə baxılıb.
Nəticədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almış KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad ediliblər.
“Startap” şəhadətnamələri “Smartcart” MMC-nin pərakəndə ticarət obyektlərində özünəxidmət əsaslı alış-veriş və ödəniş proseslərinin rəqəmsal idarə olunmasını təmin edən platforması, “İ Happy” MMC-nin rəqəmsal hədiyyə kartlarının əldə edilməsi, idarə olunması və istifadəsini təmin edən onlayn platforması, “Kataloq Shop” MMC-nin satış, inventar, CRM və logistika proseslərini vahid sistem üzərindən idarə edən onlayn platforması, “Eintree Solutions” MMC-nin ictimai iaşə obyektlərində sifariş və idarəetmə proseslərini vahid platformada birləşdirən rəqəmsal həlli, “Dahacox” MMC-nin gül və hədiyyələr üçün elektron ticarət (marketpleys) platforması, “FitNest” MMC-nin idman və sağlam həyat tərzi xidmətləri üçün vahid rəqəmsal platforması üçün təqdim edilib. Həmçinin fiziki şəxslər Bəhruz Quliyevin yükdaşımaların sifarişi, izlənilməsi və idarə edilməsini təmin edən rəqəmsal logistika və Ümid Rzazadənin restoranların sifariş və idarəetmə proseslərini optimallaşdıran rəqəmsal idarəetmə platformalarına, “Talantly” MMC-nin istedadların qiymətləndirilməsi və karyera inkişafını dəstəkləyən süni intellekt əsaslı platforması, “Modbender” MMC-nin rəqəmsal platformalarda təqdim olunan geyim və aksesuarların modaya uyğun kombinasiya edilməsini təmin edən rəqəmsal xidmətinə də “Startap” şəhadətnamələri verilib.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 302-yə çatıb.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
2 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
18 d. əvvəl
Bank Respublika və “Sabah” – uğura aparan uzunmüddətli tərəfdaşlıq
- 34 d. əvvəl
- 43 d. əvvəl
- 58 d. əvvəl
-
2 saat əvvəl
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit ®
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
10 yeni biznes “Startap” şəhadətnaməsi aldı - ADLARI
Ən çox oxunanlar
15 milyon manatlıq istiqrazlara 60,7 milyon manatlıq tələb - “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq
Banklarda 40 milyard manatdan çox depozit toplanıb
Əlindəki qızılın dəyərini bilirik! ®
Əhalinin banklara borcu artır: İstehlak kreditləri 10 milyard manatı keçib - Bir ildə 1 milyard manat artım
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşdı
Avqustun 27-də gözlənilən hava şəraiti























