Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb

Qızıl (271,2 milyon ABŞ dolları) birinci, mis filizləri və konsentratları (183,7 milyon ABŞ dolları) ikinci, tomat (172,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə sentyabr sayını təqdim edib.

Marja.az xəbər verir ki, İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.

Cari ilin avqust ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 350,8 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 80,7 milyon ABŞ dollarına bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 11,4 faiz artaraq 251,1 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin yanvar-avqust aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,3 dəfə, pambıq iplik 62,2%, alüminium və ondan hazırlanan məmulatlar 42,8%, bitki və heyvan mənşəli piylər və yağlar 30,2%, qara metallar və onlardan hazırlanan məmulatlar 20,5%, pambıq lifi 17,8%, meyvə-tərəvəz 13,7%, çay isə 12,1% artıb.

2026-cı ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 19,2% artaraq 732 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 22,1% artaraq 255,8 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,9% artaraq 987,8 milyon ABŞ dollarına bərabər olub.

Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (271,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (183,7 milyon ABŞ dolları) ikinci, tomat (172,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin avqust ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (36,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (31,7 milyon ABŞ dolları) ikinci, şaftalı (nektarinlər daxil olmaqla) (29,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin yanvar-avqust aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 814,2 milyon ABŞ dolları, Türkiyəyə 435 milyon ABŞ dolları, Gürcüstana 386,5 milyon ABŞ dolları, İsveçrəyə 284,4 milyon ABŞ dolları, Ukraynaya isə 101,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2026-cı ilin avqust ayında Rusiya Federasiyasına 82,5 milyon ABŞ dolları, Gürcüstana 58,5 milyon ABŞ dolları, Türkiyəyə 44,4 milyon ABŞ dolları, İsveçrəyə 37,9 milyon ABŞ dolları, Ukraynaya isə 16,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan qeyri-neft ixracı qeyri-neft sektoru ixrac 2026 ixracı İxrac icmalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi aqrar ixrac aqrar-sənaye məhsulları qızıl ixracı mis filizi tomat ixracı şəkər ixracı pambıq iplik alüminium ixracı pambıq lifi meyvə-tərəvəz çay ixracı Rusiya ixracı Türkiyə ixracı Gürcüstan ixracı İsveçrə Ukrayna qeyri-neft məhsulları.
29.09.2026 12:09
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19