İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
"Avant Group"un rəhbəri Əli Hüseynov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda müasir investorların yanaşmalarından danışıb. Əli Hüseynov: “İnsanlar artıq sadəcə mənzil və kvadratmetr almırlar”. Bakıda daşınmaz əmlakın yeni reallığı: alıcı bina yox, həyat tərzi seçirSentyabrın 26-da Bakıda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. Forum bu il “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusu ətrafında dövlət və biznes nümayəndələrini, investorları və müxtəlif sahələr üzrə ekspertləri bir araya gətirib.
Forum çərçivəsində “İnvestisiya üçün yeni üfüqlər: daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda panel müzakirəsi də keçirilib.
Paneldə "Avant Group"un Direktorlar Şurasının sədri Əli Hüseynov spiker qismində çıxış edərək daşınmaz əmlak sektorunda dəyişən investor və alıcı gözləntiləri, müasir yaşayış və çoxfunksiyalı layihələrinin inkişafı, eləcə də beynəlxalq tərəfdaşlığın layihələrin kommersiya dəyərinə və qlobal mövqelənməsinə təsiri barədə fikirlərini bölüşüb.
Çıxış zamanı Əli Hüseynov qeyd edib ki, bu gün insanlar artıq yalnız mənzil və ya kvadratmetr deyil, bütöv bir yaşayış mühiti, həyat tərzi və uzunmüddətli dəyər əldə etməyə çalışırlar. Onun sözlərinə görə, xüsusilə Bakının son illərdə daha beynəlxalq, əlaqəli və müasir şəhər mühitinə çevrilməsi alıcıların gözləntilərinin də dəyişməsinə səbəb olub.
Onun sözlərinə görə, əvvəlki illərdə alıcıların əsas sualları mənzilin sahəsi, mərtəbəsi və mənzərəsi ilə bağlı olduğu halda, bu gün məktəbə və digər sosial infrastruktura yaxınlıq, piyada əlçatanlığı, ictimai məkanların keyfiyyəti, binanın idarə olunması və yaradılan icmanın uzunmüddətli perspektivi kimi məsələlər daha çox ön plana çıxır.
Bu dəyişikliklərin layihələndirmə prosesinə də birbaşa təsir etdiyini vurğulayan Əli Hüseynov bildirib ki, müasir inkişaf konsepsiyasında əvvəlcə yalnız bina deyil, şəhər, lokasiya və icma nəzərə alınmalıdır. Mobillik, yaşıllaşdırma, pərakəndə ticarət, sosial infrastruktur, ictimai məkanlar və uzunmüddətli idarəetmə layihənin ilkin mərhələsindən etibarən planlaşdırmanın ayrılmaz hissəsinə çevrilir.
Çıxışda investorların yanaşmasında baş verən dəyişikliklərə də toxunulub. Sədr qeyd edib ki, kapital daha seçici xarakter alır və investorlar yalnız gözlənilən gəlirliliyə deyil, eyni zamanda korporativ idarəetmə, icra imkanları, şəffaflıq, development komandasının keyfiyyəti və şirkətin layihəyə uzunmüddətli bağlılığı kimi amillərə də diqqət yetirirlər.
Bu kontekstdə "Avant Group"un inkişaf strategiyasından danışan şirkətin rəhbəri qeyd edib ki, şirkət 2010-cu ildə tikinti şirkəti kimi fəaliyyətə başlayıb və zamanla tikinti, məhsul inkişafı, kommersiya strategiyası və uzunmüddətli idarəetməni özündə birləşdirən tam dövrəli inkişaf modelinə keçib.
“Nəticədə bazar yalnız nə satdığınızı xatırlamır. Bazar sizin nə yaratdığınızı xatırlayır”, - deyə "Avant Group"un rəhbəri vurğulayıb.
Panelin digər istiqaməti beynəlxalq memarlar, qonaqpərvərlik sektoru üzrə operatorlar və strateji tərəfdaşların daşınmaz əmlak layihələrinin inkişafında roluna həsr olunub.
"Avant Group"un Direktorlar Şurasının sədri Əli Hüseynovun sözlərinə görə, beynəlxalq tərəfdaşlıq yalnız tanınmış adın layihəyə gətirilməsi ilə məhdudlaşmamalı, real əlavə dəyər yaratmalıdır. Beynəlxalq memarlar qlobal təcrübə və yeni yanaşmalar təqdim etməklə layihənin memarlıq və dizayn səviyyəsini yüksəldə, qonaqpərvərlik sektoru üzrə operatorlar isə layihənin konsepsiyasının hazırlanmasından başlayaraq xidmət standartlarının müəyyənləşdirilməsi, imkan və xidmətlərin formalaşdırılması, idarəetmə və istifadəçi təcrübəsinin yaradılmasına qədər müxtəlif mərhələlərə təsir göstərə bilərlər. Eyni zamanda, beynəlxalq investisiya tərəfdaşları maliyyələşdirmə ilə yanaşı, institusional yanaşma, idarəetmə standartları, beynəlxalq əlaqələr və yeni bazarlara çıxış imkanları təqdim edə bilərlər.
Çıxış zamanı Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ölkənin şəhərsalma və investisiya potensialının qlobal səviyyədə görünürlüğünü artırdığı da vurğulanıb. COP29 və World Urban Forum kimi tədbirlərin Bakının şəhər, davamlılıq və urban inkişaf mövzularında beynəlxalq diqqət mərkəzinə çıxmasına töhfə verdiyi qeyd olunub.
“Yerli developer olaraq bizim rolumuz bu iki dünyanı birləşdirməkdir. Beynəlxalq tərəfdaşlar qlobal bilik və standartlar gətirir. Biz isə yerli bilik, icra imkanları, tikinti təcrübəsi və bazarı anlama üstünlüyünü təqdim edirik. Bu iki tərəf düzgün şəkildə birləşdikdə, siz artıq sadəcə Bakıda layihə inşa etmirsiniz. Siz Bakıdan dünyada rəqabət apara biləcək layihə yaradırsınız”, - deyə Əli Hüseynov fikirlərini yekunlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























