Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu

Azərbaycanın data və AI startapı “Statix” NVIDIA Inception-a qəbul edilib. “Statix” beynəlxalq mərhələyə keçməyə hazırlaşır. Şirkət növbəti mərhələdə məhsulun texnoloji imkanlarını daha da genişləndirməyə də hazırlaşır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda yaradılmış data analitikası və süni intellekt startapı "Statix Technology Solutions" NVIDIA-nın startaplar üçün nəzərdə tutulmuş NVIDIA Inception proqramına qəbul olunub.

Bu barədə Marja.az-a Şirkətin təsisçisi və CEO-su Tural Allahverdiyev məlumat verib.

Qeyd edilib ki, NVIDIA tərəfindən Statix-ə göndərilən rəsmi bildirişdə şirkətin proqram üzrə müraciətinin təsdiqləndiyi qeyd edilib. 2026-cı ilin aprelində fəaliyyətə başlayan Statix üçün NVIDIA Inception-a qəbul platformanın qısa müddətdə əldə etdiyi mühüm beynəlxalq inkişaf mərhələlərindən biridir.

Statix-in əsas məqsədi gündəlik həyatda, biznesdə və tədqiqatda istifadə olunan məlumatları daha asan başa düşülən formaya çevirməkdir.

Bu gün iqtisadiyyat, əmək bazarı, demoqrafiya, müxtəlif sektorlar və digər mövzular üzrə böyük həcmdə məlumat mövcuddur. Lakin bu məlumatlar çox vaxt fərqli dövlət qurumlarının saytlarında, hesabatlarda, Excel fayllarında və müxtəlif məlumat bazalarında parçalanmış vəziyyətdə olur. Məlumatı tapmaq mümkün olsa belə, onu müqayisə etmək, dəyişikliklərin səbəbini anlamaq və praktik nəticəyə çevirmək ayrıca vaxt və analitik bilik tələb edir. Statix məhz bu prosesi sadələşdirməyi hədəfləyir.

Platforma müxtəlif mənbələrdən məlumatları toplayır, strukturlaşdırır və vizuallaşdıraraq onları istifadəçi üçün daha aydın analitik məhsullara çevirir. Statix-in platforma təqdimatında layihə “data, analitika, tədqiqat və rəqəmsal məhsullar üçün vahid platforma” kimi təqdim olunur.

Başqa sözlə, istifadəçinin qarşısına sadəcə rəqəmlər və böyük cədvəllər qoymaq əvəzinə, Statix həmin məlumatın nə ifadə etdiyini, zamanla necə dəyişdiyini və digər göstəricilərlə müqayisədə hansı nəticəni göstərdiyini daha rahat anlamağa imkan verən məhsullar yaratmağa çalışır.

Məsələn, əmək bazarı ilə maraqlanan istifadəçi müxtəlif sahələr üzrə vakansiyalar, maaşlar və bazar tendensiyalarını izləyə bilər. İqtisadi göstəricilərlə maraqlanan şəxs regionlar və dövrlər üzrə dəyişiklikləri müqayisə edə, biznes istifadəçisi isə müəyyən bazar və ya sektor üzrə məlumatı daha sistemli formada təhlil edə bilər. Statix-in ekosistemi hazırda dörd əsas istiqaməti birləşdirir: analitika, tədqiqat, təhsil və biznes həlləri.

Analitika istiqamətində rəsmi və alternativ məlumatlardan interaktiv məhsullar hazırlanır. Tədqiqat bölməsində müxtəlif sahələr üzrə daha dərin araşdırmalar və analitik materiallar təqdim edilir. Təhsil istiqaməti data analitikası üzrə praktiki bilik və bacarıqların inkişafına, biznes həlləri isə şirkət və qurumlar üçün xüsusi analitika və məlumat məhsullarının hazırlanmasına yönəlib.

Platformada iqtisadiyyat, əmək bazarı, sektor analizləri və Azərbaycanın müxtəlif göstəricilər üzrə dünya ilə müqayisəsi kimi istiqamətlər də yer alır. Statix mürəkkəb məlumat dəstlərini daha başadüşülən və interaktiv analitikaya çevirməklə istifadəçinin məlumatdan nəticəyə daha sürətli keçməsini hədəfləyir.

Statix-in yanaşmasının digər mühüm hissəsi məlumatların etibarlılığıdır. Platformanın metodologiyasında rəsmi və institusional mənbələrə üstünlük verilməsi, məlumat mənbəsinin və aid olduğu dövrün göstərilməsi, məlumatların yoxlanılması, müqayisəsi və analitik interpretasiyası əsas prinsiplər sırasındadır. Süni intellekt isə analitikin yerini tutan mexanizm kimi deyil, prosesi sürətləndirən köməkçi vasitə kimi nəzərdə tutulur.

Statix qısa müddətdə ilkin auditoriyasını da formalaşdırıb. Google Analytics göstəricilərinə əsasən, son 90 gündə platformaya 16 mindən çox yeni istifadəçi daxil olub və 83 mindən çox baxış qeydə alınıb.

Bu göstəricilər Statix-in artıq yalnız ideya və ya ilkin prototip mərhələsində olmadığını, real istifadəçi auditoriyasına malik işlək platforma kimi fəaliyyət göstərdiyini göstərir. Statix layihəsi 2026-cı ilin aprelində fəaliyyətə başlayıb. “STATİX TECHNOLOGY SOLUTIONS” MMC isə həmin ilin 27 avqustunda Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınıb. Şirkətin təsisçisi və CEO-su Tural Allahverdiyevdir.

Platformanın məhsul konsepsiyasının, analitika istiqamətlərinin və Statix-də yaradılan tədqiqat ideyalarının formalaşdırılmasına birbaşa Tural Allahverdiyev rəhbərlik edir. Tural Allahverdiyev data və biznes analitikası sahəsində yeddi ildən artıq peşəkar təcrübəyə malikdir. Hazırda SOCAR Capital-da Business Analyst Expert vəzifəsində çalışan Tural Allahverdiyev bundan əvvəl peşəkar fəaliyyətini ABŞ-da davam etdirib və Bank of America-da Senior Business Analytics Manager kimi çalışıb. Onun təcrübəsi bankçılıq, maliyyə analitikası, business intelligence, risk və performans analitikası, data əsaslı qərarvermə və rəqəmsal məhsulların hazırlanması istiqamətlərini əhatə edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Süni intellekt Statix-in gələcək inkişafında xüsusi yer tutur. Lakin şirkətin yanaşması ayrıca bir chatbot yaratmaqdan daha genişdir. Məqsəd AI imkanlarını Statix-in topladığı və strukturlaşdırdığı data, mövcud analitikalar və tədqiqatlarla birləşdirməkdir. Bunun nəticəsində istifadəçi gələcəkdə yalnız hazır qrafiklərə baxmaqla kifayətlənməyərək məlumat haqqında suallar verə, göstəricilər arasındakı əlaqələri daha rahat anlaya və müxtəlif nəticələri müqayisə edə biləcək.

Bu istiqamətdə platformada Ask Statix kimi AI əsaslı imkanlar və fərqli dəyişənlərin mümkün nəticələrini müqayisə etməyə yönəlmiş Scenario Lab kimi məhsul konsepsiyaları üzərində də iş aparılır.

Sadə dillə desək, Ask Statix istifadəçinin platformada olan məlumatlara sual verməsini asanlaşdırmağı hədəfləyir. Məsələn, istifadəçi yalnız bir qrafikə baxmaq əvəzinə müəyyən göstəricinin niyə dəyişdiyini və ya başqa göstərici ilə necə əlaqəli olduğunu soruşa bilər.

Scenario Lab isə fərqli seçimlərin mümkün nəticələrini əvvəlcədən müqayisə etmək ideyasına əsaslanır. Bu yanaşma gələcəkdə bazar, qiymət, tələb, investisiya və digər üzrə müxtəlif ssenarilərin analizində istifadə oluna bilər.

Statix üçün əsas məqsəd məlumatı daha çox insan üçün əlçatan etməkdir. Platformanın istifadəçisi mütləq data analitiki və ya proqramçı olmalı deyil. Əksinə, məhsulun uzunmüddətli məqsədlərindən biri mürəkkəb məlumatı bu sahədə texniki biliyi olmayan insan üçün də anlaşılan vəziyyətə gətirməkdir.

Biznes istiqaməti də Statix-in inkişaf modelinin mühüm hissəsidir. Platforma şirkətlər və təşkilatlar üçün xüsusi dashboardlar, sektoral araşdırmalar, müqayisəli analitika və müxtəlif data məhsullarının hazırlanmasını nəzərdə tutur.

NVIDIA Inception-a qəbul Statix-in məhz bu inkişaf mərhələsinə təsadüf edir: platforma artıq fəaliyyət göstərir, real auditoriyası formalaşıb və şirkət növbəti mərhələdə məhsulun texnoloji imkanlarını daha da genişləndirməyə hazırlaşır.

Şirkətin uzunmüddətli hədəfi yalnız Azərbaycan üçün statistika və analitika saytı olmaq deyil. Statix data, analitika, tədqiqat, süni intellekt və biznes həllərini birləşdirən daha geniş data intelligence ekosistemi yaratmağı və Azərbaycanda formalaşdırılan məhsulların zamanla regional və digər bazarlarda istifadə edilə bilməsi üçün texnoloji baza qurmağı hədəfləyir.

2026-cı ilin aprelində fəaliyyətə başlayan, bir neçə ay ərzində minlərlə yeni istifadəçi qazanan, avqust ayında hüquqi şirkət kimi rəsmiləşən və indi NVIDIA Inception proqramına qəbul olunan Statix üçün növbəti mərhələ mövcud auditoriyanı daha güclü data və süni intellekt məhsulları ilə təmin etməkdir.

"Statix Technology Solutions" MMC data analitikası, tədqiqat, süni intellekt və rəqəmsal qərar dəstəyi məhsullarının hazırlanması istiqamətində fəaliyyət göstərən Azərbaycan texnologiya şirkətidir.

Ətraflı məlumat: statix.az

[email protected]

Statix Statix Technology Solutions NVIDIA NVIDIA Inception Azərbaycan startapı süni intellekt AI data analitikası Azərbaycan texnologiya şirkəti Tural Allahverdiyev SOCAR Capital Bank of America data intelligence Ask Statix Scenario Lab startap ekosistemi texnologiya startapı rəqəmsal məhsullar biznes analitikası Azərbaycan AI startapı
29.09.2026 10:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19