Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan ilə Türkiyə arasında 14 ədəd HÜRKUŞ-II təlim təyyarəsi və bir sıra digər müdafiə sistemlərinin tədarükünü nəzərdə tutan müqavilələr imzalanıb.

Marja.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün məlumat verib. Müqavilələr Bakıda keçirilən ADEX 2026 – Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində imzalanıb.

Görgünün sözlərinə görə, ADEX 2026 çərçivəsində TUSAŞ ilə HÜRKUŞ, BAYKAR ilə MIZRAK ağıllı dolaşan sursatı və Antidot sistemi, ROKETSAN ilə Barbaros Sahil Müdafiə Sistemi üzrə tədarük müqavilələri imzalanıb. ASELSAN ilə isə ALP-100 radarlarının tədarükünə dair anlaşma memorandumu imzalanıb.

Bu razılaşmaların ümumi dəyərinin 500 milyon ABŞ dollarını ötdüyü bildirilib. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Haluk Görgün bildirib ki, razılaşma çərçivəsində Azərbaycana ümumilikdə 14 HÜRKUŞ-II təyyarəsi təhvil veriləcək. Onun açıqlamasına əsasən, ilk tədarüklərin artıq 2026-cı il ərzində həyata keçirilməsi planlaşdırılır.  TUSAŞ ayrıca bildirib ki, HÜRKUŞ üzrə imzalanmış ixrac müqaviləsi Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim ehtiyaclarının qarşılanmasına yönəlib. 

Naxçıvanda ASELSAN zavodu ilə bağlı ilkin razılaşma

ADEX 2026 çərçivəsində təkcə hərbi texnikanın tədarükü deyil, istehsal, təhsil və texnologiya sahələrində də bir sıra sənədlər imzalanıb. ASELSAN ilə NOVASIS arasında Naxçıvanda zavod yaradılmasına dair ilkin razılaşma əldə olunub. Bundan başqa, Boğaziçi Savunma və NOVASIS arasında radiotezlik (RF) əsaslı sistemlərin hazırlanması üzrə yaradılan tərəfdaşlığa dair memorandum, Kayı Savunma ilə NOVASIS arasında əməkdaşlıq memorandumu imzalanıb.

MKE ilə MİRAS arasında strateji əməkdaşlıq və biznesin inkişafı, OTOKAR ilə MİRAS arasında isə logistika dəstəyi üzrə əməkdaşlıq müqaviləsi bağlanıb.

Həmçinin Türkiyənin Ali Təhsil Şurası (YÖK), Müdafiə Sənayesi İdarəsi, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Elm və Təhsil Nazirliyi arasında akademik əməkdaşlıq memorandumu imzalanıb. MSTİM və Müdafiə Sənayesi Akademiyası isə elmi-tədqiqat, təhsil və universitet-sənaye əməkdaşlığı üzrə razılığa gəlib. 

İş elanları AzVak.az-da

Azərbaycan HÜRKUŞ-II TUSAŞ Azərbaycan 14 HÜRKUŞ-II ADEX 2026 Azərbaycan Türkiyə müdafiə sənayesi Haluk Görgün BAYKAR MIZRAK ROKETSAN Barbaros ASELSAN ALP-100 ASELSAN Naxçıvan NOVASIS Azərbaycan hərbi təyyarələri.
01.10.2026 08:30
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19