"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
“Prime Leasing” Cəlilabadda “Landini” və “Zoomlion” texnikalarını təqdim edib. “İndi al, Novruzdan sonra ödə” – “Prime Leasing”dən fermerlərə yeni təklif.Aqrar texnika bazarında ölkənin öndə gələn şirkətlərindən olan "Prime Leasing" Cənub zonasında əhatə dairəsini genişləndirərək Cəlilabad regional filialının təntənəli açılışını keçirib.
Mərasimə dövlət rəsmiləri, kənd təsərrüfatı mütəxəssisləri ilə yanaşı, bölgənin müxtəlif yerlərindən gələn fermer və sahibkarlar qatılıb. Tədbir boyu İtaliyanın məşhur "Landini" və dünyanın nəhəng aqrar brendlərindən olan "Zoomlion" traktorları, həmçinin müxtəlif brendlərin aqreqatları canlı nümayiş etdirilib.
Şirkət rəsmiləri açılış iştirakçılarına kənd təsərrüfatı texnikalarına dövlət dəstəkli güzəştli subsidiyalar, rahat lizinq şərtləri, habelə təmir və rəsmi ehtiyat hissələri təminatı haqqında ətraflı məlumatlar çatdırıblar. Həmçinin şirkətin “İndi al Novruzdan sonra ödə”, “Bütün Traktorlara PULSUZ Çatdırılma” və sərfəli avans kampaniyaları barədə məlumat verildib.
Tədbirin qeyri-rəsmi hissəsində Cəlilabad filialının ilk müştərisinə smartfon və “İlk müştəri” sertifikatı təqdim edildib. Proqramın ən yaddaqalan məqamlarından biri qaliblərin mükafatlandırılması mərasimi olub. Tədbirə qeydiyyatdan keçmiş qonaqlar arasında keçirilən tirajda şanslı iştirakçılar mobil telefon və digər qiymətli hədiyyələrin sahibi olublar.
Yeni filialın istifadəyə verilməsi Cəlilabad və bütünlükdə Cənub regionunda təsərrüfatların müasir avadanlıqla təchizatını asanlaşdırmaqla yanaşı, torpaq sahiblərinin iş keyfiyyətini və məhsuldarlığını əhəmiyyətli dərəcədə artıracaq, həmçinin region fermerləri kənd təsərrüfatı texnikalarını daha əlçatan şərtlərlə əldə edə biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























