Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir

Avtomobil nəhəngindən sərt qərar – BMW yüzə yaxın rəhbər vəzifəni ləğv edə bilər
iç səhifə xəbər başlığı altı (mobil)_31
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Almaniyanın avtomobil nəhəngi BMW xərcləri azaltmaq və gəlirliliyini artırmaq üçün idarəetmə strukturunda ciddi ixtisarlara hazırlaşır. Şirkət 2027-ci ilin ortalarınadək bölmələrin və onlarla əlaqəli rəhbər vəzifələrin sayını 20% azaltmağı planlaşdırır.

Marja xəbər verir ki, restrukturizasiya prosesində süni intellektdən geniş istifadə olunacaq.

Reklam_3_11

BMW bildirib ki, bəzi bölmələrin birləşdirilməsi və ya ixtisarı nəticəsində onlarla əlaqəli rəhbər vəzifələr də ləğv ediləcək. Dəyişikliklərin idarəetmənin daha aşağı pillələrinə də təsir göstərəcəyi gözlənilir.

Şirkət süni intellektdən daha səmərəli istifadə etməklə prosesləri sürətləndirməyi, idarəetmə strukturunu sadələşdirməyi və qərarların qəbul müddətini azaltmağı hədəfləyir.

BMW-nin strukturuna bələd mənbələrin məlumatına görə, şirkətdə İdarə Heyətindən birbaşa aşağı pillədə təxminən 65 yüksək səviyyəli rəhbər, onların altında isə 400-ə yaxın yüksək vəzifə mövcuddur. Planlaşdırılan restrukturizasiya nəticəsində ümumilikdə 100-ə yaxın yüksək səviyyəli vəzifənin ləğv oluna biləcəyi bildirilir.

BMW-nin baş icraçı direktoru Milan Nedeljković bildirib ki, ixtisar edilməsi nəzərdə tutulan vəzifələrin böyük hissəsi şirkətin Münhendəki strukturunda yerləşir.

Şirkət hələ iyul ayında Almaniyadakı “ağ yaxalı” işçilərin sayının azaldılması ilə bağlı razılığa gəlmişdi. Məlumata görə, daha geniş restrukturizasiya proqramı təxminən 8 min iş yerini əhatə edə bilər ki, bu da BMW-nin qlobal işçi qüvvəsinin təxminən 5%-nə bərabərdir.

İxtisarların əsasən könüllü ayrılma proqramları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

BMW yeni strategiya çərçivəsində yalnız işçi və rəhbər sayını azaltmaqla kifayətlənmir. Şirkət bütün dəyər zəncirində süni intellekdən istifadəni genişləndirərək avtomobillərin hazırlanmasından satınalmaya, istehsaldan satış və satışdan sonrakı xidmətlərədək prosesləri avtomatlaşdırmağı planlaşdırır.

BMW-nin məqsədi avtomobil biznesində mənfəət marjasını 2028-ci ildə 3–5%-ə, növbəti onilliyin əvvəlində isə yenidən 8–10% diapazonuna çatdırmaqdır.

İş elanları AzVak.az-da

BMW BMW ixtisar BMW işçi ixtisarı BMW süni intellekt süni intellekt AI BMW rəhbərləri BMW restrukturizasiya BMW Almaniya BMW Münhen Milan Nedeljković avtomobil sənayesi Almaniya avtomobil sənayesi iş yerlərinin ixtisarı BMW 8000 iş yeri
01.10.2026 07:44
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19