Bakının şimalında yeni böyük daşınmaz əmlak layihəsi həyata keçiriləcək - RAZILAŞMA
PMD və Chapman Taylor Bakıda yeni layihə üzrə əməkdaşlıq razılaşması imzalayıb. Azərbaycanın daşınmaz əmlak sahəsində təcrübəli şirkəti və Britaniya şirkəti Bakıda yeni layihə həyata keçirməyə hazırlaşır.Razılaşma yeni çoxfunksiyalı layihənin planlaşdırılması və inkişaf konsepsiyasının hazırlanmasını nəzərdə tutur.
Bakıda energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvarın həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində PMD Group və Chapman Taylor arasında əməkdaşlıq razılaşması imzalanıb.
Marja.az PMD Group-a istinadən xəbər verir ki, iclasda iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin mövcud vəziyyəti, inkişaf perspektivləri və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Tədbir çərçivəsində imzalanan razılaşma PMD Group və Chapman Taylor-un daşınmaz əmlakın inkişafı və şəhərsalma sahəsində birgə fəaliyyətinə zəmin yaradır.
Razılaşmaya əsasən, tərəflər Bakının şimal hissəsində nəzərdə tutulan yeni çoxfunksiyalı layihənin planlaşdırılması və inkişaf konsepsiyasının hazırlanması üzrə əməkdaşlıq edəcəklər. Birgə iş baş planın hazırlanmasını, şəhər dizaynını və müxtəlif funksiyaları birləşdirən məkanların təşkili üzrə vahid yanaşmanın formalaşdırılmasını əhatə edəcək.
Əməkdaşlıq PMD Group-un yerli bazar və daşınmaz əmlakın inkişafı üzrə təcrübəsini Chapman Taylor-un beynəlxalq memarlıq və şəhərsalma yanaşması ilə bir araya gətirir. Tərəflər layihənin yerləşdiyi ərazinin potensialını və gələcək ehtiyaclarını nəzərə alan, şəhər mühiti ilə əlaqəli inkişaf konsepsiyası üzərində çalışacaqlar.
Əməkdaşlığın məqsədi Bakının gələcək inkişafına töhfə verən, həm istifadəçilər, həm də yerləşdiyi ərazi üçün uzunmüddətli dəyər yaradan layihə konsepsiyasının hazırlanmasıdır.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla
-
7 saat əvvəl
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
Ən çox oxunanlar
Dolların rəsmi məzənnəsi 1,70 manat səviyyəsində qalır
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx
Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb























