“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
“Azərpoçt” fəaliyyət sahələrini genişləndirməyə hazırlaşır – Yeni istiqamətlər açıqlanıb. Belə ki, “Azərpoçt” logistika, maliyyə və rəqəmsal xidmətlər sahəsində imkanlarını genişləndirməyi hədəfləyir.AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə Heyəti sədri v.i.e. Manaf Babayev şirkətin rəhbər heyətinin üzvləri ilə birlikdə Bakıda keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumu çərçivəsində “PostEurop”un Baş katibi Botond Szebeny və təşkilatın İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez ilə görüşüb.
Görüşdə sürətlə dəyişən qlobal mühitdə poçt operatorlarının dayanıqlılığının qorunması və müştərilərin ehtiyaclarına uyğun xidmətlərin göstərilməsi müzakirə olunub. Fəaliyyətin fasiləsizliyi, transsərhəd ticarət və logistikadakı dəyişikliklər, xidmətlərin əlçatanlığı və iqtisadi səmərəlilik kimi mövzular diqqət mərkəzində olub.
Belə ki, poçt operatorlarının ənənəvi rolunun genişlənməsi bu məsələlərin əhəmiyyətini daha da artırır. Elektron ticarətin sürətli inkişafı, texnoloji yeniliklər, gömrük qaydalarındakı dəyişikliklər və müştəri gözləntilərinin artması poçt sektorunun fəaliyyət modelini əhəmiyyətli dərəcədə dəyişir. Bu proses poçt şəbəkələrinin logistika, maliyyə və rəqəmsal xidmətlər sahələrində imkanlarını genişləndirməsi üçün münbit şərait yaradır.
“Azərpoçt”un transformasiyası şirkətin daxil olduğu rəqəmsal ekosistemin fəaliyyəti ilə sıx əlaqəlidir. Əsas diqqət “Azərpoçt”un ölkə üzrə geniş şəbəkəsinin, müştəri əhatəsinin və mövcud imkanlarının rəqəmsal ekosistemin digər xidmətləri ilə qarşılıqlı əlaqədə inkişafına yönəlir. Bu çərçivədə poçt xidmətlərinin telekommunikasiya, bağlantı və rəqəmsal platformalarla bir-birini tamamlaması nəzərdə tutulur.
Görüşdə beynəlxalq təcrübə ətrafında fikir mübadiləsi aparılıb. “PostEurop” ilə əməkdaşlığın “Azərpoçt”un əməliyyat dayanıqlılığının gücləndirilməsində, xidmət keyfiyyətinin və əlçatanlığının artırılmasında, eləcə də uzunmüddətli inkişafının təmin olunmasında rolu müzakirə olunub.
Qeyd edək ki, “Azərpoçt”un ev sahibliyi ilə 7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumu Avropanın poçt operatorlarını, beynəlxalq təşkilatların nümayəndələrini və sektorun aparıcı təmsilçilərini bir araya gətirib. Tədbirin gündəliyində poçt sektorunun strateji prioritetləri, əməliyyat dayanıqlılığı və xidmətlərin gələcək inkişaf istiqamətləri yer alıb.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
16 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi






















