AFB bank mikrokedit sahəsi üzrə kütləvi vakansiya elan edir!
Bank 4 şəhərdə yeni işçilər axtarır – Vakansiyalar elan edilib.AFB Bank fəaliyyətinin genişləndirilməsi və inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində komandasını böyütməyə davam edir. Bank mikro və aqro kreditləşmə istiqamətində fəaliyyətini gücləndirmək məqsədilə Bakı, Gəncə, Qəbələ və Sumqayıt şəhərlərində yeni əməkdaşlar üçün vakansiyalar elan edib.
Yeni vakansiyaların açılması AFB Bank-ın Transformasiya Strategiyası çərçivəsində həyata keçirdiyi inkişaf prosesinin növbəti mərhələlərindən biridir. Bank strategiyası çərçivəsində xidmət şəbəkəsinin və müştəri bazasının genişləndirilməsi, biznes və pərakəndə istiqamətlər üzrə məhsul və xidmətlərin inkişaf etdirilməsi, eləcə də müştərilərə daha yaxın və çevik bankçılıq təcrübəsinin formalaşdırılması üzərində çalışır.
Bankın inkişaf strategiyasında insan kapitalının gücləndirilməsi xüsusi yer tutur. AFB Bank böyüyən biznesin qarşısında duran yeni çağırışlara cavab verə biləcək, müştəri yönümlü yanaşmanı mənimsəyən və peşəkar inkişafda maraqlı olan əməkdaşlardan ibarət komandanın formalaşdırılmasını prioritet hesab edir.
Hazırda bank Mikro kreditlər üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələri üzrə yeni əməkdaşlar axtarır. Vakansiya, tələblər və müraciət qaydası haqqında ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz:
Uyğun namizədlər CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
AFB Bank haqqında
AFB Bank fiziki şəxslər, sahibkarlar və korporativ müştərilər üçün pərakəndə və biznes bankçılıq xidmətləri, eləcə də rəqəmsal həllər təqdim edir. Bank müştərilərinə sadə, etibarlı və əlçatan maliyyə həlləri təklif etməklə onların gündəlik ehtiyaclarına və gələcək planlarına dəstək olmağı hədəfləyir.
Ətraflı məlumat üçün: AFB Bank
Məlumat Mərkəzi: 1545
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 38 d. əvvəl
-
43 d. əvvəl
"Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəldik”
-
47 d. əvvəl
"Kamboca ilə ticarət-investisiya sahəsində birgə işçi qrupu yaratmışıq"
-
49 d. əvvəl
Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB bank mikrokedit sahəsi üzrə kütləvi vakansiya elan edir!
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi “AVTOMATİKAAZ” şirkətinə 2,4 milyon manatlıq sifariş verdi
-
1 saat əvvəl
Azərbaycan Asiya-Sakit okean regionunun nüfuzlu pərakəndə ticarət federasiyasına üzv qəbul edilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəldik”
Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb
Bakının tramvay və metro sisteminə Çexiyadan yeni təklif
AFB bank mikrokedit sahəsi üzrə kütləvi vakansiya elan edir!
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Xəzər rayonunun bir sıra vəzifəli şəxsləri cəzalandırılıb
Azərbaycanda orta maaş bir ildə 79 manat artıb

























