970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Asiya-Sakit okean regionunun nüfuzlu pərakəndə ticarət federasiyasına üzv qəbul edilib

AzVak-mobil_resmin_ustu_31
Azərbaycan Asiya-Sakit okean regionunun nüfuzlu pərakəndə ticarət federasiyasına üzv qəbul edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. Yaponiya, Cənubi Koreya, Sinqapur, Çin və regionun digər ölkələrinin pərakəndə qurumlarını birləşdirən FAPRA sektor üzrə əsas beynəlxalq əməkdaşlıq platformalarından biridir.

Qərar Tokioda keçirilən 22-ci Asiya-Sakit okean pərakəndəçilər konqresi və sərgisi - APRCE 2026 çərçivəsində FAPRA-nın nümayəndə heyətləri rəhbərlərinin toplantısında qəbul olunub.

Reklam_3_11

Toplantıda TŞİİB-in İdarə Heyətinin sədri Araz İmanov Azərbaycan pərakəndə sektoru və Birliyin fəaliyyəti barədə təqdimatla çıxış edib. Təqdimatda sektorun iqtisadi və sosial rolu, dövlət-biznes dialoqu, rəqəmsal ödənişlər, logistika və təchizat zəncirləri, həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında artan ticarət və logistika əhəmiyyəti diqqətə çatdırılıb.

Üzvlük Azərbaycan pərakəndə sektorunun Asiya-Sakit okean regionu ilə əlaqələrində yeni mərhələ açır.

Azərbaycan pərakəndə ticarəti Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi TŞİİB Araz İmanov FAPRA Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyası APRCE 2026 Azərbaycan Yaponiya əməkdaşlığı Azərbaycan Çin ticarəti pərakəndə ticarət şəbəkələri beynəlxalq ticarət əməkdaşlığı logistika təchizat zəncirləri rəqəmsal ödənişlər Azərbaycan ticarət sektoru.
12.10.2026 11:03
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19