“Tegeta Motors Baku” və “Bridgestone” korporativ və topdansatış müştəriləri üçün ikigünlük təlim təşkil edib ®
“Bridgestone” Azərbaycanda satışlarını artırmağı və bazardakı mövqeyini gücləndirməyi hədəfləyir. Bu çərçivədə “Bridgestone” Azərbaycanda korporativ və topdansatış müştərilərlə əməkdaşlığı gücləndirir. “Tegeta Motors Baku” və “Bridgestone” Bakıda ikigünlük təlim keçirib.5–6 oktyabr 2026-cı il tarixlərində “Tegeta Motors Baku” şirkəti “Bridgestone” ilə birlikdə Bakı şəhərində korporativ müştərilər, topdansatış tərəfdaşları və şin sənayesi təmsilçiləri üçün ikigünlük təlim proqramı həyata keçirib.
Sözügedən tədbirin başlıca məqsədi tərəfdaş və müştərilərin peşəkar biliklərinin artırılması, “Bridgestone” məhsulları ilə daha yaxından tanışlıq, habelə brendin Azərbaycan bazarında gələcək inkişaf perspektivlərinin müzakirəsi olub.
Təlim proqramı iki əsas istiqamət üzrə bölünüb. Birinci gün minik avtomobilləri seqmentinə (PSR), ikinci gün isə yük nəqliyyatı (TBR) üçün nəzərdə tutulmuş məhsul və həllərə həsr edilib. Bu cür format hər bir seqmentin xarakterik cəhətlərini daha dərindən təhlil etməyə və müxtəlif müştəri kateqoriyaları üçün aktual olan məsələlərə diqqət ayırmağa şərait yaradıb.
İkigünlük proqram ərzində iştirakçılara “Bridgestone” brendi, onun istehsal texnologiyaları, habelə şinlərin xüsusiyyətləri, texniki göstəriciləri, düzgün seçilməsi və istismarı barədə əhatəli məlumat verilib. Şinlərin istifadə səmərəliliyinə, həmçinin təhlükəsizlik, etibarlılıq və istismar müddətinə təsir göstərən amillərə xüsusi toxunulub.
"Bridgestone" şirkətinin satış üzrə meneceri Feliks Samoylov tədbirdə şirkəti təmsil edərək məruzəçi qismində çıxış edib. O, iştirakçılarla öz peşəkar təcrübəsini və brendin məhsullarına dair praktik məlumatları bölüşüb, həmçinin minik və yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş müxtəlif “Bridgestone” həllərinin xüsusi tətbiq sahələrindən bəhs edib. Təlim çərçivəsində iştirakçılar onları maraqlandıran sualları vermək və şinlərin istismarı ilə bağlı praktik məqamları müzakirə etmək imkanı əldə ediblər.
Məhsul təqdimatı və texniki mövzularla yanaşı, tədbirin gedişatında “Tegeta Motors Baku” şirkətinin nümayəndələri şirkətin fəaliyyəti, “Bridgestone” ilə əməkdaşlığın inkişafı və Azərbaycan bazarı üçün nəzərdə tutulan gələcək planlar barədə məlumat veriblər. Korporativ müştəri və topdansatış tərəfdaşları ilə əlaqələrin möhkəmləndirilməsi, satışların artırılması, brendin bazarda mövqeyinin genişləndirilməsi və müştəri xidmətləri keyfiyyətinin yüksəldilməsi kimi məsələlərə xüsusi diqqət yetirilib.
Bu növ tədbirlərin təşkili “Tegeta Motors Baku” şirkətinin tərəfdaşlar və müştərilərlə uzunmüddətli əlaqələrin qurulmasına, bazarın peşəkar ekspertiza səviyyəsinin yüksəldilməsinə və istehlakçılara təkcə yüksəkkeyfiyyətli məhsulların deyil, eyni zamanda hərtərəfli informasiya və servis dəstəyinin təqdim edilməsinə yönəlmiş strategiyasının mühüm hissəsidir.
“Tegeta Motors Baku” şirkəti haqqında
2017-ci ildə Bakı şəhərində təsis edilən “Tegeta Motors Baku” şirkəti beynəlxalq “Tegeta Holding”in tərkibinə daxildir. Şirkət Azərbaycanda “Bridgestone”, “Champion”, “JCB” və “Sunward” kimi qlobal brendlərin yeganə rəsmi distribütoru qismində çıxış edir.
Ağır və xüsusi təyinatlı texnikaların satışı, habelə peşəkar servis və satışsonrası xidmətlərin göstərilməsi “Tegeta Motors Baku”nun əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir.
Şirkət gələcək perspektivdə Azərbaycan bazarında nüfuz dairəsini daha da genişləndirməyi, korporativ və topdansatış müştərilərlə tərəfdaşlığı inkişaf etdirməyi, təmsil etdiyi qlobal brendlərin mövqeyini möhkəmləndirməyi, həmçinin servis və satışsonrası xidmətin keyfiyyətini artırmağı planlaşdırır.
Müştərilərin xəbərləri
“Tegeta Motors Baku” və “Bridgestone” korporativ və topdansatış müştəriləri üçün ikigünlük təlim təşkil edib ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
5 d. əvvəl
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
- 12 d. əvvəl
-
20 d. əvvəl
İllik 13 faiz gəlir və 60 faiz zəmanət – Yeni istiqrazların satışına başlanılır
-
26 d. əvvəl
Bank istiqrazlarına abunə başlayır – Şərtlər açıqlandı– Faizlər hər 3 aydan bir ödəniləcək
-
30 d. əvvəl
Ani Ödənişlər Sisteminin Türkiyə ilə inteqrasiya üzrə iş aparılır
-
38 d. əvvəl
AMB süni intellekt və məlumatların idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi hazırlayır
-
41 d. əvvəl
"Azərbaycanda fintex sektorunun sürətli inkişaf mərhələsi başlayır"
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
Bank istiqrazlarına abunə başlayır – Şərtlər açıqlandı– Faizlər hər 3 aydan bir ödəniləcək
Ən çox oxunanlar
Ani Ödənişlər Sisteminin Türkiyə ilə inteqrasiya üzrə iş aparılır
"Azərbaycanda fintex sektorunun sürətli inkişaf mərhələsi başlayır"
Türkiyədə 1 milyard dollarlıq sərmaydən imtina edən BYD Avropada 40 min nəfəri işlə təmin etməyi planlaşdırır
AZAL bir gündə rekord sayda – 72 reys həyata keçirib
“Tegeta Motors Baku” və “Bridgestone” korporativ və topdansatış müştəriləri üçün ikigünlük təlim təşkil edib ®
ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək
Neft-qaz və tikinti sektorlarında geriləmə - 9 ayda 102 milyard manatlıq ÜDM istehsalı
Mərkəzi Bank kreditlərlə bağlı mühüm qərarını şərh etdi - Noyabrın 9-dan qüvvəyə minəcək




















