Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqları müəyyən edildi – 1 apreldən qüvvəyə minir

Kartdan karta pul köçürmələrində yeni tariflər – 3 qəpikdən 4 manatadək
iç səhifə xəbər başlığı altı (mobil)_31
Kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqları müəyyən edildi – 1 apreldən qüvvəyə minir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. Yeni tariflərə əsasən, əməliyyatın məbləğindən asılı olaraq 3 qəpikdən 4 manatadək xidmət haqqı tətbiq olunacaq.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə təsdiq edilmiş ödəniş sistemləri üzrə yeni tariflərdə əksini tapıb. 

Qərara əsasən, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilib.

Manatla köçürmələr üzrə yeni tariflər

Milli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:

- 100 manatadək köçürmələr – 3 qəpik;

- 100,01–1000 manat – 10 qəpik;

- 1000,01–10 000 manat – 50 qəpik;

- 10 000,01–40 000 manat – 2 manat;

- 40 000 manatdan yuxarı – 4 manat.

Dollar və avro ilə köçürmələr üçün də tariflər müəyyən edilib

BKM-də ABŞ dolları və avro ilə emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə də məbləğ intervallarına uyğun xidmət haqları təsdiqlənib.

Belə ki, 100 vahidədək əməliyyatlarda 0,03, 1000 vahidədək əməliyyatlarda 0,10, 10 min vahidədək əməliyyatlarda 0,50, 40 min vahidədək əməliyyatlarda 2, daha yüksək məbləğlər üzrə isə 4 dollar və ya avro xidmət haqqı nəzərdə tutulub.

Xarici valyutada müəyyən edilmiş xidmət haqları Mərkəzi Bankın əməliyyat gününə olan rəsmi məzənnəsinə əsasən manatla hesablanacaq.

Yeni xidmət haqlarını kim ödəyəcək?

Mərkəzi Bankın təsdiq etdiyi sənədə əsasən, kartdan köçürmə və karta köçürmə əməliyyatlarının emalı üzrə xidmət haqlarını ekvayer ödəyəcək, vəsait isə Mərkəzi Banka daxil olacaq.

Bu səbəbdən, müəyyən edilmiş məbləğlər bankların vətəndaşlardan birbaşa tutacağı komissiyalar kimi qiymətləndirilməməlidir. Bankların müştərilərə tətbiq etdiyi kartdan karta köçürmə komissiyaları ayrıca tarif siyasətindən asılıdır.

Yeni tariflər nə vaxt qüvvəyə minəcək?

Mərkəzi Bankın məlumatına əsasən, ödəniş sistemləri üzrə yeni xidmət haqları 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, yeni tarif siyasəti ödəniş sistemləri üzrə xidmət haqlarının optimallaşdırılması, innovativ ödəniş həllərinin inkişafı və ödəniş xidmətlərinin əlçatanlığının artırılması məqsədi daşıyır.

kartdan karta köçürmə karta pul köçürmə kart komissiyaları Mərkəzi Bank AMB Banklararası Kart Mərkəzi BKM bank xidmət haqları kart köçürmə tarifləri 2027 bank komissiyaları Azərbaycan ekvayer
14.10.2026 10:59
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19