Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

FINCA Azərbaycan Lənkəranda maliyyə savadlılığı təlimi və müştərilərlə görüş keçirib ®

Gənclərə şəxsi büdcənin idarə edilməsi və maliyyə risklərindən qorunma yolları öyrədilib.
AzVak-mobil_resmin_ustu_31
FINCA Azərbaycan Lənkəranda maliyyə savadlılığı təlimi və müştərilərlə görüş keçirib ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

FINCA Azərbaycan əhalinin maliyyə savadlılığının artırılması, maliyyə inklüzivliyinin təşviqi və müştərilərlə birbaşa ünsiyyətin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə Lənkəran Gənclər Evi Sosial Xidmət Müəssisəsinin dəstəyi ilə maliyyə savadlılığına həsr olunmuş maarifləndirici təlim, həmçinin FINCA Azərbaycan müştəriləri ilə görüş təşkil olunub.

Reklam_3_11

Təlimin əsas məqsədi gənclərin şəxsi maliyyənin idarə edilməsi sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların gündəlik həyatda daha düzgün və düşünülmüş maliyyə qərarları qəbul etmələrinə dəstək olmaq olub.

Tədbir zamanı iştirakçılara şəxsi büdcənin planlaşdırılması, gəlir və xərclərin effektiv idarə olunması, yığım vərdişlərinin formalaşdırılması və maliyyə risklərinin qiymətləndirilməsi barədə məlumat verilib.

Maarifləndirici proqramın digər mühüm istiqaməti rəqəmsal maliyyə təhlükəsizliyi və kiberdələduzluq risklərindən qorunma olub. İştirakçılar şübhəli maliyyə təkliflərinin müəyyən edilməsi, şəxsi məlumatların qorunması və rəqəmsal mühitdə təhlükəsiz maliyyə davranışları ilə bağlı praktiki tövsiyələr əldə ediblər.

Səfər çərçivəsində FINCA Azərbaycanın mövcud müştəriləri ilə də görüş keçirilib. Görüş müştərilərin maliyyə ehtiyaclarını, qarşılaşdıqları çətinlikləri və xidmətlərlə bağlı gözləntilərini daha yaxından öyrənmək, eləcə də onların rəy və təkliflərini birbaşa dinləmək baxımından əhəmiyyətli olub.

FINCA Azərbaycan üçün müştərilərlə davamlı dialoq yalnız xidmət keyfiyyətinin qiymətləndirilməsi deyil, həm də məhsul və xidmətlərin real ehtiyaclara uyğun inkişaf etdirilməsinin vacib hissəsidir. Bu cür görüşlər müştəri təcrübəsinin təkmilləşdirilməsinə və təşkilatla müştərilər arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir.

FINCA Azərbaycan hesab edir ki, maliyyə xidmətlərinə əlçatanlığın artırılması yalnız kredit məhsullarının təqdim edilməsi ilə məhdudlaşmır. İnsanların maliyyə biliklərinin inkişaf etdirilməsi, məsuliyyətli borclanma mədəniyyətinin təşviqi və müştərilərin ehtiyaclarının düzgün anlaşılması da dayanıqlı maliyyə inklüzivliyinin əsas şərtlərindəndir.

Maliyyə inklüzivliyini və müştəriyönümlü yanaşmanı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyən edən FINCA Azərbaycan bundan sonra da regionlarda maliyyə savadlılığının artırılmasına, müştərilərlə açıq dialoqun inkişafına və maliyyə xidmətlərinin əlçatanlığının gücləndirilməsinə yönəlmiş təşəbbüslərini davam etdirməyi hədəfləyir.

1998-ci ildə təsis edilmiş FINCA Azərbaycan ölkədə mikromaliyyə xidmətləri göstərən aparıcı bank olmayan kredit təşkilatlarından biridir. Təşkilat 1984-cü ildə əsası qoyulmuş beynəlxalq FINCA brendinin FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir.

FINCA Azərbaycan FINCA Azərbaycan BOKT FINCA Impact Finance Lənkəran maliyyə savadlılığı maliyyə inklüzivliyi kiberdələduzluq rəqəmsal maliyyə təhlükəsizliyi şəxsi büdcə maliyyə maarifləndirilməsi məsuliyyətli borclanma mikromaliyyə müştərilərlə görüş Lənkəran Gənclər Evi
15.10.2026 11:03
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19