Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır.

Marja.az xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində" bildirilir.

Sənədə əsasən ( 2026-cı il və sonrakı illər üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəriciləri), 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat təsdiq edilib. Büdcə kəsiri 3 milyard 94,6 milyon manat təşkil edir.

2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manata, xərclərinin isə 42 milyard 400 milyon manata çatacağı gözlənilir. Nəticədə büdcə kəsiri 3 milyard 146 milyon manat olacaq.

Proqnoza görə, dövlət büdcəsinin kəsiri 2028-ci ildə 3 milyard 342 milyon manat, 2029-cu ildə 3 milyard 554,1 milyon manat, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manat təşkil edəcək.

Beləliklə, 2030-cu ildə dövlət büdcəsinin kəsiri 2026-cı ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 564,9 milyon manat və ya 18,3% artacaq.

Dövlət büdcəsinin xərcləri 44 milyard manatı keçəcək

Ortamüddətli büdcə proqnozlarına əsasən, dövlət büdcəsinin xərclərinin 2026-cı ildəki 41 milyard 703,6 milyon manatdan 2030-cu ildə 44 milyard 236,5 milyon manata yüksələcəyi gözlənilir. Bu, 2 milyard 532,9 milyon manat və ya 6,1% artım deməkdir.

Eyni dövrdə büdcə gəlirlərinin 38 milyard 609 milyon manatdan 40 milyard 577 milyon manata yüksələcəyi proqnozlaşdırılır. Artım 1 milyard 968 milyon manat və ya 5,1% təşkil edəcək. Beləliklə, proqnoz dövründə büdcə xərclərinin gəlirlərdən daha sürətlə artması dövlət büdcəsinin kəsirinin genişlənməsinə səbəb olacaq.

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri 42 milyard 400 milyon manat nəzərdə tutulur.

Cari xərclərin payı artır, əsaslı xərclər azalır

Büdcə proqnozlarında diqqətçəkən məqamlardan biri cari xərclərin artması, əsaslı xərclərin isə azalmasıdır. 2026-cı ildə dövlət büdcəsinin cari xərcləri 25 milyard 201,6 milyon manat təşkil etdiyi halda, 2030-cu ildə bu məbləğin 27 milyard 736,5 milyon manata yüksələcəyi gözlənilir. Nəticədə cari xərclərin dövlət büdcəsində xüsusi çəkisi 60,4%-dən 62,7%-ə çatacaq.

Əsaslı xərclərin isə 2026-cı ildəki 14 milyard 44,4 milyon manatdan 2030-cu ildə 13 milyard 500 milyon manata enəcəyi proqnozlaşdırılır. Bu dövrdə əsaslı xərclərin büdcədə payı 33,7%-dən 30,5%-ə düşəcək.

Dövlət borcuna xidmət xərcləri 3 milyard manata çatacaq

Proqnozlarda dövlət borclarına xidmətlə bağlı xərclərin də artacağı nəzərdə tutulur. 2026-cı ildə bu istiqamətə 2 milyard 457,6 milyon manat ayrıldığı halda, 2030-cu ildə xərclərin 3 milyard manata yüksələcəyi gözlənilir. Bu, 542,4 milyon manat və ya 22,1% artım deməkdir. Nəticədə dövlət borcuna xidmət xərclərinin büdcənin ümumi xərclərində payı 5,9%-dən 6,8%-ə yüksələcək.

Neft Fondundan büdcəyə transfertlər azalacaq

Sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği də mərhələli şəkildə azaldılacaq.

2026-cı ildə Neft Fondundan büdcəyə 12 milyard 835 milyon manat transfert təsdiq edildiyi halda, 2027-ci ildə bu məbləğin 11 milyard 900 milyon manata, 2028-ci ildə 11 milyard 50 milyon manata, 2029-cu ildə 10 milyard 200 milyon manata, 2030-cu ildə isə 9 milyard 350 milyon manata enəcəyi proqnozlaşdırılır.

Beləliklə, 2026–2030-cu illərdə Neft Fondundan dövlət büdcəsinə transfertlərin 3 milyard 485 milyon manat və ya 27,2% azalması gözlənilir.

Eyni zamanda, Dövlət Vergi Xidmətinin qeyri-neft gəlirlərinin 2026-cı ildəki 13 milyard 310 milyon manatdan 2030-cu ildə 18 milyard 810 milyon manata yüksələcəyi nəzərdə tutulur. Bu, 5 milyard 500 milyon manat və ya 41,3% artım deməkdir.

İcmal büdcənin kəsiri azalacaq

Dövlət büdcəsindən fərqli olaraq, Azərbaycanın icmal büdcəsinin kəsirinin növbəti illərdə azalacağı proqnozlaşdırılır.

2026-cı ildə icmal büdcənin kəsiri 3 milyard 870 milyon manat təsdiqləndiyi halda, 2027-ci ildə bu göstəricinin 2 milyard 757,9 milyon manata, 2028-ci ildə 1 milyard 336,5 milyon manata, 2029-cu ildə 1 milyard 131,3 milyon manata, 2030-cu ildə isə 442,2 milyon manata düşəcəyi gözlənilir. Beləliklə, 2030-cu ildə icmal büdcənin kəsiri 2026-cı illə müqayisədə təxminən 88,6% azalacaq.

Qeyd edək ki, ortamüddətli büdcə proqnozları neftin bir barelinin qiymətinin 65 ABŞ dolları, dolların məzənnəsinin isə 1,7 manat olması fərziyyəsi əsasında hazırlanıb.

 “2026-cı il və sonrakı illər üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəriciləri”, Əlavə 5.1, səhifə 1–2. 6ad11dec74c43.pdf

Azərbaycan dövlət büdcəsi 2027-ci ilin dövlət büdcəsi 2030-cu ilin dövlət büdcəsi büdcə kəsiri büdcə gəlirləri büdcə xərcləri Dövlət Neft Fondu ARDNF transfertləri dövlət borcu qeyri-neft gəlirləri icmal büdcə Maliyyə Nazirliy
16.10.2026 09:45
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19