AİB Azərbaycanda dəmir yolu və metro infrastrukturunun modernləşdirilməsi üçün 652 milyon dollardan çox kredit ayırıb
Bakı metrosu və dəmir yolları üçün 652 milyon dollarlıq KREDİT – 2 BÖYÜK LAYİHƏAzərbaycanın nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, regional bağlantıların gücləndirilməsi və şəhərdaxili mobilliyin inkişafına yönəlmiş layihələrin icrası davam edir. Yeni layihələr AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Bakı Metropoliteni” QSC-ni əhatə edir. Beynəlxalq dəmir yolu əlaqələrinin və paytaxtın sərnişindaşıma sisteminin təkmilləşdirilməsini nəzərdə tutan bu layihələr ölkənin logistika potensialının genişləndirilməsinə və dayanıqlı nəqliyyat sisteminin formalaşdırılmasına töhfə verəcək.
Bu çərçivədə ilk növbədə Asiya İnkişaf Bankı (AİB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin quraşdırılması üçün 350 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Biləcəri–Yalama dəmir yolu xətti Şimal-Cənub və Şimal-Qərb Beynəlxalq Nəqliyyat dəhlizlərinin əsas bağlantılarından biridir və Azərbaycanın nəqliyyat, logistika və regional ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş daha geniş strategiyasını dəstəkləyir.
İşlər tamamlandıqdan sonra yenilənmiş sistemlər bu xətt üzrə elektrik təchizatında sabit cərəyandan daha səmərəli və müasir əməliyyatlar üçün nəzərdə tutulmuş dəyişən cərəyana keçidə imkan verəcək. Bu investisiya vasitəsilə enerji istehlakının azalması, texniki xidmət üzrə xərclərin aşağı düşməsi, qatarların sürətinin artması və istixana qazı emissiyalarının azalması gözlənilir. Layihə həmçinin ADY-də texniki, nəzarət və idarəetmə sahələri üzrə qadınlar üçün yeni imkanlar yaradacaq.
AİB, həmçinin AZCON Holding şirkətlərindən olan Bakı Metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon ABŞ dolları məbləğində kredit ayrılmasını təsdiq edib. Bu maliyyələşdirmə Azərbaycan paytaxtında metro xidmətlərinin daha təhlükəsiz, etibarlı və səmərəli olmasına, eləcə də genişlənən metro şəbəkəsinin effektiv fəaliyyətinin təmin edilməsinə kömək edəcək.
Layihə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən Bakı Metropoliteninin genişləndirilməsi proqramının bir hissəsidir. Layihə vasitəsilə metro xidmətlərinin əhatə dairəsi və daşıma qabiliyyətinin artırılması, eləcə də Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması hədəflənib.
Layihələrin həyata keçirilməsi Azərbaycanın regional logistika imkanlarının genişləndirilməsinə, enerji səmərəliliyinin artırılmasına və əhalinin daha təhlükəsiz, etibarlı və rahat nəqliyyat xidmətlərinə çıxışının yaxşılaşdırılmasına töhfə verəcək.
Müştərilərin xəbərləri
AİB Azərbaycanda dəmir yolu və metro infrastrukturunun modernləşdirilməsi üçün 652 milyon dollardan çox kredit ayırıb
Rəqəmsal İpək Yolu layihəsində mühüm mərhələ: Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub
“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi ®
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Oktyabrın 17-də gözlənilən hava şəraiti - 31- dərəcəyədək isti
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı geriləyir – 500 ədəd daha az istehsal edilib
-
3 saat əvvəl
Azərbaycanda doğum və nikahların sayı azalır – Əhalinin sayı 10 milyon 280 min nəfərə yaxınlaşıb
-
3 saat əvvəl
Fəaliyyət var, etimad yoxdur. PR niyə reputasiyaya çevrilmir?
-
3 saat əvvəl
İllik gəlirlilik 15%, müddət 18 aydır - 20 oktyabrda satışa çıxarılır
-
3 saat əvvəl
Vergi gəlirləri artırılır, Neft Fondundan büdcəyə transfertlər azaldılır – 2030-cu ilədək PROQNOZLAR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
AİB Azərbaycanda dəmir yolu və metro infrastrukturunun modernləşdirilməsi üçün 652 milyon dollardan çox kredit ayırıb
Oktyabrın 17-də gözlənilən hava şəraiti - 31- dərəcəyədək isti
Azərbaycanda minik avtomobili istehsalı geriləyir – 500 ədəd daha az istehsal edilib
Fəaliyyət var, etimad yoxdur. PR niyə reputasiyaya çevrilmir?
Ən çox oxunanlar
Vergi gəlirləri artırılır, Neft Fondundan büdcəyə transfertlər azaldılır – 2030-cu ilədək PROQNOZLAR
“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi ®
Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI
Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI
Azərbaycanın dövlət borcu 28,6 milyard manata çatacaq – İki ildə 2,6 milyard manat artım gözlənilir



















