Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi

Azərbaycan və Slovakiya bank, sığorta və kapital bazarlarında əməkdaşlığı genişləndirəcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Slovakiya Milli Bankı arasında pul siyasəti, ödəniş sistemləri, maliyyə texnologiyaları, bank və sığorta sektorlarının, eləcə də kapital bazarlarının tənzimlənməsi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Marja.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sənəd AMB-nin sədri Taleh Kazımov ilə Slovakiya Milli Bankının sədri Peter Kazimir arasında Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində keçirilən görüşün yekununda imzalanıb.

Reklam_3_11

Görüş zamanı qlobal və regional makroiqtisadi vəziyyət, maliyyə sektorunda müşahidə olunan əsas inkişaf meyilləri və iki ölkənin mərkəzi bankları arasında mövcud əməkdaşlıq əlaqələri müzakirə edilib.

Tərəflər mərkəzi bankçılıq sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi, institusional və hüquqi əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və bilik mübadiləsinin genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

İmzalanmış Anlaşma Memorandumu bir neçə mühüm istiqamətdə əməkdaşlığın inkişafını nəzərdə tutur.

Bunlara pul siyasəti sahəsində təcrübə mübadiləsi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları üzrə qarşılıqlı əməkdaşlıq, bank və sığorta sektorlarının tənzimlənməsi və onlara nəzarət, həmçinin kapital bazarlarında tənzimləmə və nəzarət təcrübəsinin paylaşılması daxildir.

Memorandumun məqsədi Azərbaycan və Slovakiya mərkəzi bankları arasında əməkdaşlığın institusional əsaslarını möhkəmləndirmək, bilik və təcrübə mübadiləsini təşviq etmək və maliyyə sektorunun tənzimlənməsi sahəsində qarşılıqlı əlaqələri genişləndirməkdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan Mərkəzi Bankı AMB Slovakiya Milli Bankı Taleh Kazımov Peter Kazimir Anlaşma Memorandumu Azərbaycan Slovakiya əməkdaşlığı pul siyasəti bank sektorunun tənzimlənməsi sığorta bazarı kapital bazarları maliyyə texnologiyaları FinTech ödəniş sistemləri maliyyə sektoruna nəzarət Dünya Bankı Beynəlxalq Valyuta Fondu BVF illik toplantılar
19.10.2026 16:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19