Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Güzəştli maliyyə xidmətləri üçün qeydiyyatın bitməsinə az vaxt qalıb. Qadın və gənc sahibkarlara üstünlük veriləcək. Birbank, Birmarket, m10 və Milliön sahibkarlara xüsusi şərtlər təqdim edəcək.Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi “Biznesdə birlikdə” layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir.
Layihə həm yeni fəaliyyətə başlayan, həm də mövcud biznesini böyütmək istəyən mikro sahibkarlara yönəlib. İştirakçılar Birbank, Birmarket, m10 və Milliön platformaları vasitəsilə maliyyə, ödəniş və e-ticarət xidmətlərindən xüsusi şərtlərlə istifadə edə biləcəklər. Bu proqram ideyasını fəaliyyətə və sabit gəlirə çevirmək istəyənlər üçün əlverişli bir dəstək vasitəsidir.
Proqram çərçivəsində sahibkarlara biznesin idarə edilməsi üzrə təlimlər, güzəştli maliyyə və bankçılıq xidmətləri təklif olunacaq. Eyni zamanda, iştirakçılar Birmarket platformasına qoşularaq həm müştəri bazasını, həm də rəqəmsal satışlarını artıra biləcəklər.
İştirakçıların seçimi zamanı şəhid ailələrinin üzvlərinə, fiziki məhdudiyyətli şəxslərə, təqaüdçülərə, həmçinin qadın və gənc sahibkarlara üstünlük veriləcək.
Proqramın şərtləri, təqdim edilən güzəştlər və qeydiyyatdan keçmək üçün e-keçid: https://bir.az/az/biznesde-birlikde
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
Müştərilərin xəbərləri
"Expressbank"ın mənfəəti kəskin artaraq 10 milyon manata yaxınlaşıb – Aktivləri 725 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
4 d. sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
- 3 d. əvvəl
-
31 d. əvvəl
PAŞA Bankın səhmlərini alanlara dividend ödəniləcək – 53,5 milyon manat paylanacaq
-
35 d. əvvəl
Aviabilet alanlara yeni imkan – 5000 manatadək ödənişi 24 aya bölmək olacaq
-
42 d. əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
47 d. əvvəl
ABŞ-da inflyasiya son 5 ayın ən yüksək səviyyəsinə çatıb – Proqnozları üstələyib
- 51 d. əvvəl
-
53 d. əvvəl
Azərbaycanın audit şirkəti ləğv olunur - 2018-ci ildə reytinqində birinci yeri tutmuşdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibankın xalis mənfəəti 73% artıb – Aktivləri 2,4 milyard manata yaxınlaşıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“SALOĞLU” Kürdəmirdə mebel mağazasını açır
Dövlət müəssisəsi ləğv olunur
Ən çox oxunanlar
Azərbaycanın audit şirkəti ləğv olunur - 2018-ci ildə reytinqində birinci yeri tutmuşdu
İsrail Prezidenti Azərbaycana gəldi
“AccessBank” 9 ayda 45 milyon manat mənfəət əldə edib, biznes kreditləri 1 milyard manatı ötüb























.webp)