Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

PAŞA Holding dünyaca məşhur şəxsləri Bakıya gətirir: Adlar açıqlandı - Mariya Şarapova, Mo Qavdat, Qreq Hoffman, Coel Mokir...

ı PAŞA Holding tərəfindən təşkil olunan “INMerge” İnnovasiya Sammiti bu il də dünyanın tanınmış simalarını Bakıda bir araya gətirəcək
AzVak-mobil_resmin_ustu_31
PAŞA Holding dünyaca məşhur şəxsləri Bakıya gətirir:  Adlar açıqlandı - Mariya Şarapova, Mo Qavdat, Qreq Hoffman, Coel Mokir...
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən regionun ən böyük innovasiya platforması olan “INMerge” İnnovasiya Sammiti bu il 30 noyabr – 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq.

Hər il aparıcı texnologiya və innovasiya nəhənglərini bir araya gətirən “INMerge” İnnovasiya Sammiti bu il də dünyaca tanınmış spikerləri qəbul edəcək. Onların sırasında Mariya Şarapova, Mo Qavdat, Qreq Hoffman və Coel Mokir yer alır.

Mariya Şarapova beş dəfə “Grand Slam” turnirlərinin qalibi olub, karyerası ərzində “Career Grand Slam” uğuruna imza atıb və 2025-ci ildə “International Tennis Hall of Fame”ə daxil edilib. Hazırda sahibkar və investor kimi fəaliyyət göstərən Şarapova “Moncler” şirkətinin direktorlar şurasının üzvü və “New York Times Best Seller” siyahısına daxil olmuş kitabın müəllifidir.

Mo Qavdat Google X-in keçmiş baş biznes direktorudur (Chief Business Officer). O, “Solve for Happy” və “Scary Smart” bestsellerlərinin müəllifi, süni intellekt və onun cəmiyyətə təsiri üzrə tanınmış ekspertdir.

Qreq Hoffman təxminən 30 il Nike şirkətində çalışaraq təcrübəçi vəzifəsindən baş marketinq direktoru (CMO) vəzifəsinədək yüksəlib. O, “Emotion by Design” kitabının müəllifidir.

Coel Mokir Nortvestern Universitetinin professoru və tanınmış iqtisadi tarixçidir. Texnoloji tərəqqi və iqtisadi artım üzrə tədqiqatlarına görə 2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Spikerlərin tam siyahısı və biletlərlə bağlı ətraflı məlumat inmerge.az saytında təqdim olunur.

“INMerge” haqqında

PAŞA Holding-in təsis etdiyi və təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti 2021-ci ildən etibarən hər il Bakıda keçirilən innovasiya və texnologiya sammitidir. Sammit Azərbaycan, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Avropadan korporasiyaları, investorları, startapları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək regional əməkdaşlığı dəstəkləyir və Bakının innovasiya mərkəzi kimi inkişafına töhfə verir.

2025-ci ildə sammitdə 5000-dən çox iştirakçı, 180-dən çox spiker, 122 startap və 80 investor təmsil olunub.

https://www.instagram.com/p/DevtUpPtJwJ/

https://www.linkedin.com/company/pasha-holding-llc/posts/

INMerge 2026 INMerge İnnovasiya Sammiti PAŞA Holding Mariya Şarapova Bakı Mo Qavdat Qreq Hoffman Coel Mokir Nobel mükafatçısı Bakı Bakı Konqres Mərkəzi innovasiya sammiti süni intellekt texnologiya startap investorlar inmerge.az.
21.10.2026 10:54
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19