970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan şirkəti Əfqanıstanda yeni mağaza açdı - “Made in Azerbaijan” məhsulları Əfqanıstan bazarında

AzVak-mobil_resmin_ustu_31
Azərbaycan şirkəti Əfqanıstanda yeni mağaza açdı - “Made in Azerbaijan” məhsulları Əfqanıstan bazarında
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan şirkəti Əfqanıstanda mağaza açdı – İxracını və satış şəbəkəsini genişləndirir

Azərbaycanın gigiyena və məişət məhsulları istehsalçısı “Fabriora Group” MMC Əfqanıstan bazarında fəaliyyətini genişləndirir. Şirkətin “Predo” brendinə məxsus yeni mağazası Əfqanıstanın Herat şəhərində fəaliyyətə başlayıb.

Marja.az xəbər verir ki, mağazanın açılışı şirkətin təsisçisi İbrahim Uygur və baş icraçı direktoru Gökhan Özkundakçının rəhbərlik etdiyi nümayəndə heyətinin Əfqanıstana işgüzar səfəri çərçivəsində baş tutub.

Açılış mərasimində Türkiyənin Heratdakı konsulu Tezcan Kadıoğlu da iştirak edib.

Səfər çərçivəsində “Fabriora Group”un Əfqanıstandakı distribütoru Habib Sadiqi və Sadiqi ailəsi ilə görüşlər keçirilib. Görüşlər zamanı mövcud əməkdaşlığın genişləndirilməsi, satış şəbəkəsinin inkişaf etdirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.

Tərəflər “Predo” brendinin Əfqanıstan bazarındakı mövqeyinin gücləndirilməsi, məhsulların daha geniş istehlakçı kütləsinə çatdırılması və distribütorluq fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Azərbaycanın səfiri ilə ixrac imkanları müzakirə edilib

İşgüzar səfər zamanı şirkətin nümayəndə heyəti Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədovla da görüşüb.

Görüşdə “Fabriora Group”un istehsal imkanları, beynəlxalq bazarlardakı fəaliyyəti və ixracın genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Bununla yanaşı, Azərbaycan istehsalı olan məhsulların Əfqanıstan bazarında daha geniş tanıdılması, satış həcminin artırılması və iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi imkanları müzakirə edilib.

Şirkət Əfqanıstanın 7 şəhərində təmsil olunur

Qeyd edək ki, “Fabriora Group” Əfqanıstanın Herat, Kabul, Məzari-Şərif, Xost, Kunduz, Qəndəhar və Nimruz şəhərlərində satış nümayəndəlikləri yaradıb. Bu şəbəkə vasitəsilə Azərbaycanda istehsal olunan məhsullar yerli bazara çıxarılır. 

Azərbaycanda 27 milyon manatlıq istehsal layihəsi

Xatırladaq ki, 2026-cı il sentyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Bakının Qaradağ rayonunda “Fabriora Group” MMC-nin kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışı keçirilib.

Ümumi investisiya dəyəri 27 milyon manat olan müəssisə 11 hektara yaxın ərazini əhatə edir. Burada uşaq bezləri, müxtəlif salfetlər, yuyucu vasitələr və digər gigiyenik məhsulların istehsalı nəzərdə tutulur.

Müəssisədə Almaniya, İtaliya və Türkiyənin yüksək avtomatlaşdırılmış istehsal texnologiyalarından istifadə ediləcək. Layihə çərçivəsində 240 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.

İstehsal olunan məhsulların daxili bazarla yanaşı, Gürcüstan, Qazaxıstan, Rusiya, Yaxın Şərq ölkələri və digər xarici bazarlara ixracı nəzərdə tutulur. 

21.10.2026 11:19
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19