Satmaq öhdəliyi ilə kirayə mənzillərlə bağlı yeni məhdudiyyətlər tətbiq olunur
Azərbaycanda 10 mindən çox müqavilə bağlanan mənzil mexanizmində yeni qaydalarİpoteka və Kredit Zəmanət FondununYaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb.
Məlumatda bildirilir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin tətbiqi uğurla davam etdirilir. Bu mexanizm çərçivəsində 2020-2026-cı illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib və indiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə 1 oktyabr 2026-cı il tarixindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydalarına edilən dəyişikliklər aşağıdakılardır:
.. Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil əldə etmiş kirayəçi öhdəliyini başqa şəxsə müqavilə bağladığı tarixdən 3 il müddət keçdikdən sonra ötürə biləcək, eyni zamanda öhdəliyini ötürmüş şəxslər bu mexanizmdən öhdəliyin ötürülmə tarixindən 5 il sonra təkrar faydalanmaq imkanı qazanacaqlar.
.. Müraciət anına İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan borcalanlar satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalana biləcəklər.
.. Ərizəçinin kredit tarixçəsinin qiymətləndirilməsi ilə bağlı şərtlər də yenilənib. Belə ki, qiymətləndirmənin nəticəsinə əsasən, yalnız “müsbət” və “qənaətbəxş” kredit tarixçəsi olan şəxslər kirayə mənzil mexanizmindən yararlana biləcəklər .
Qaydalara edilmiş dəyişikliklərlə bağlı vətəndaşların əlavə sualları yarandığı halda, Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
Faizi illik 14%-dən başlayan, 0% komissiya ilə 250 min manatadək kredit – Bankdan sahibkarlara təklif ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 39 d. əvvəl
- 45 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
-
1 saat əvvəl
Satmaq öhdəliyi ilə kirayə mənzillərlə bağlı yeni məhdudiyyətlər tətbiq olunur
-
2 saat əvvəl
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Marriott International" Azərbaycandakı 3 lüks hotelə rəhbər təyin etdi
-
2 saat əvvəl
Qiymətləndiricilər Palatası Milli Qiymətləndirmə Standartları hazırlayır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®
Ən çox oxunanlar
Azərbaycanın dövlət şirkəti xaricdə ilk şirkətini yaradıb
Faizi illik 14%-dən başlayan, 0% komissiya ilə 250 min manatadək kredit – Bankdan sahibkarlara təklif ®
Bestcomp Group, HPE və Commvault “Connected for Growth” tədbirində İT rəhbərlərini bir araya gətirib

























