Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Azərbaycan şirkəti ayda 750 ton istehsal gücünə malik kompleksinin məhsullarını nümayiş etdirdi. Azərbaycan şirkəti məşhur Avropa brendinin məhsullarını ölkədə istehsal edir/
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
iç səhifə xəbər şəkil altı (mobil)_32

Ölkə iqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrlə seçilən "Cahan Şirkətlər Qrupu” 14–16 oktyabr 2026-cı il tarixlərində "BakuBuild” beynəlxalq tikinti sərgisində təmsil olunub. Holdinqin tərkibindəki "BE Group” şirkətinin sərgidə təqdim etdiyi məhsullar və innovativ həllər ziyarətçilərin diqqətini cəlb edib.

Bakı Ekspo Mərkəzində keçirilən sərgidə "BE Group”un "BE Pen” və "Winlab” markaları, eləcə də şirkətin Azərbaycanda rəsmi istehsalçısı olduğu "Winsa” brendi nümayiş etdirilib. Sərgi çərçivəsində məhsullarla tanış olan sahibkarlar və şirkət nümayəndələri ilə əməkdaşlıq imkanları ətrafında ilkin danışıqlar aparılıb.

Reklam_3_11

Sənaye istehsalı və beynəlxalq keyfiyyət standartları

"BE Group”un təqdimatında xüsusi yer tutan "BE Pen” məhsulları Cahan sənaye kompleksində istehsal olunur. 20 000 m² qapalı sahəyə və aylıq 750 ton istehsal gücünə malik kompleksdə müasir texnologiyalar əsasında hazırlanan məhsullar dünya standartlarına uyğunluğu, keyfiyyəti, funksionallığı və ekoloji cəhətdən təhlükəsiz olması ilə seçilir. (ISO 14001)

Sərgi iştirakçılarına "BE Pen” markasına məxsus Dominant 70, Dominant 60 və Renessans 60 PVC profil sistemləri həm rəqəmsal, həm də fiziki formatda təqdim edilib. Bu yanaşma ziyarətçilərə məhsulların xüsusiyyətləri ilə ətraflı tanış olmaq imkanı yaradıb.

Beynəlxalq təcrübə və yerli istehsalın vəhdəti

Dünya miqyasında tanınan Belçikanın "Deceuninck” şirkətinin "Winsa” brendinin Azərbaycandakı rəsmi istehsalçısı (03.08.2026 Naxçıvan razılaşma müqaviləsinə əsasən) olan "BE Group” sərgidə bu markanın PVC profil sistemlərini də nümayiş etdirib. Təqdimat yerli istehsal imkanlarının beynəlxalq təcrübə ilə birləşdirilməsini və tikinti sektoru üçün məhsul çeşidinin genişliyini ön plana çıxarıb.

"BE Group”un tərkibində fəaliyyət göstərən "Winlab” isə rəsmi qapı və pəncərə emalatxanası kimi təqdim olunub. Avtomatlaşdırılmış istehsal prosesi əsasında fəaliyyət göstərən emalatxana yüksək sürət və keyfiyyət prinsiplərini əsas götürür. 

Rəqəmsal həllər və müasir təqdimat

"BE Group”un "BakuBuild” sərgisindəki stendi məhsul çeşidi ilə yanaşı, detallı təqdimatı və rəqəmsal həlləri ilə də fərqlənib. İstehsal imkanlarının, məhsul xüsusiyyətlərinin və texnoloji yanaşmaların əyani və rəqəmsal formatda nümayişi markaların potensial tərəfdaşlarla daha yaxından tanışlığına şərait yaradıb.

Qeyd edək ki, stendi Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri və "Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da ziyarət edib, innovativ həllər, gələcək addımlar barədə tövsiyə və göstərişlərini verib.

"Cahan Şirkətlər Qrupu”nun "BakuBuild” sərgisində iştirakı holdinqin sənaye istehsalının inkişafı, müasir texnologiyaların tətbiqi və yerli məhsulların bazarda mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyətinin növbəti addımı olub.

Xatırladaq ki, "Cahan Şirkətlər Qrupu” 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir.

"Cahan Şirkətlər Qrupu” avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.

Cahan Şirkətlər Qrupu Cahan Holding BE Group BE Pen Winlab Winsa BakuBuild 2026 tikinti sərgisi Azərbaycanda PVC profil istehsalı plastik qapı və pəncərə tikinti materialları Cahan sənaye kompleksi 750 ton istehsal gücü yerli istehsal Deceuninck Naxçıvan sənayesi Vüqar Abbasov Dominant 70 Dominant 60 Renessans 60 Azərbaycan tikinti sektoru.
21.10.2026 17:10
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19