970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək

Bakıda daşınmaz əmlak bazarının aktual məsələləri üzrə böyük sammit keçiriləcək, tikinti sektorunun əsas problemləri gündəmə gətiriləcək: Mənzil alıcılarının hüquqları və tikinti şirkətlərinin öhdəlikləri, mənzillərin vaxtında təhvil verilməsi və çıxarış problemləri, tikinti layihələrinin maliyyələşdirilməsi müzakirə ediləcək. Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

5 noyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində PMD Projects-in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçiriləcək.

“Məsuliyyətlə qur. Etibarla tamamla.” şüarı ilə təşkil olunacaq sammit tikinti və daşınmaz əmlak sektorunun aktual məsələlərinin müzakirəsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də dayanıqlı inkişafı dəstəkləyən praktiki həllərin təşviqinə həsr olunacaq.

AIREX sərgisi çərçivəsində keçiriləcək tədbirdə dövlət qurumlarının, tikinti və daşınmaz əmlak şirkətlərinin, maliyyə institutlarının və sahə üzrə mütəxəssislərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Sammitin proqramı iki əsas panel müzakirəsini əhatə edir.

“Tullantıdan resursa” adlı birinci paneldə tikinti və söküntü tullantılarının səmərəli idarə olunması, çeşidlənməsi, daşınması və təkrar emalı məsələləri müzakirə ediləcək. Tullantıların izlənilməsi, rəqəmsal nəzarət mexanizmlərinin tətbiqi, təkrar emal edilmiş materialların iqtisadi dövriyyəyə qaytarılması və bu sahəyə investisiya imkanları panelin əsas mövzuları olacaq.

“Bünövrədən çıxarışa” adlı ikinci panel tikinti layihələrinin maliyyələşdirilməsi, tikintinin vaxtında tamamlanması, alıcıların hüquqlarının qorunması və mülkiyyət hüquqlarının tikintinin ilkin mərhələsindən etibarən rəsmiləşdirilməsi imkanlarına həsr olunacaq. Panel çərçivəsində dövlət qeydiyyatı mexanizmləri, layihələrin tamamlanmasına təminat verən maliyyə alətləri və beynəlxalq təcrübənin Azərbaycan bazarında tətbiqi imkanları müzakirə ediləcək.

Tədbir çərçivəsində PMD Projects-in direktoru Nəriman Topçibaşevin açılış nitqi ilə çıxış etməsi və şirkətin “Layihə rəhbərinin əl kitabı” adlı nəşrinin təqdimatı da nəzərdə tutulur.

PMD Projects III Dayanıqlı Tikinti Sammiti vasitəsilə tikinti sektorunda məsuliyyətli idarəetmə yanaşmalarının təşviqinə, dövlət və özəl sektor arasında əməkdaşlığın inkişafına, eləcə də dayanıqlı tikinti prinsiplərinin tətbiqinin genişləndirilməsinə töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, PMD Projects 2018-ci ildən PMD Group-un törəmə şirkəti kimi fəaliyyət göstərən, keyfiyyətə, innovasiyaya və davamlılığa sadiqliyi ilə tanınan aparıcı tikinti və layihə idarəetmə şirkətidir. Şirkət yaşayış və ticarət binaları, otellər, kənd təsərrüfatı və sənaye obyektlərinin layihələndirilməsi və tikintisini həyata keçirir. Həmçinin müxtəlif regionlarda və beynəlxalq miqyasda yüksək keyfiyyətli təmir və texniki xidmətlər təqdim edir.
PMD Projects haqqında daha ətraflı məlumat üçün: www.pmdprojects.az

26.10.2026 08:51
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19