Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Naxçıvanda yeni tekstil istehsalı yaradıla bilər – İnvestorlarla görüş keçirilib

Türkiyəli və yerli investorlar Naxçıvanın tekstil potensialını qiymətləndirirlər
AzVak-mobil_resmin_ustu_31
Naxçıvanda yeni tekstil istehsalı yaradıla bilər – İnvestorlarla görüş keçirilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev tekstil sahəsinin nümayəndələri və investorlarla görüş keçirib.

Azərbaycan Tekstil Assosiasiyasının icraçı direktoru Fəridə Axundova, Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının vitse-prezidenti, DİKTAŞ şirkətinin rəhbəri Mustafa Denizer, “Azəripək” ASC-nin idarə heyətinin sədri Anar Dadaşev, “Prime Cotton” MMC-nin baş icraçı direktorunun müavini Həşim Əliyev və GİLTEKS MMC-nin baş əməliyyat direktoru Ali Hikmet Karaoğlu ilə görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf perspektivləri haqqında məlumat verilib.

Qeyd olunub ki, regionun əlverişli coğrafi mövqeyi, istehsal imkanları və dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən güzəştlər və dəstək mexanizmləri tekstil sənayesinin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Nazir Kazım Hüseynəliyev investorları bu imkanlardan səmərəli istifadə etməyə və muxtar respublikaya sərmayə yatırmağa dəvət edib.

Qonaqlar muxtar respublikanın tekstil sənayesinin inkişafına töhfə vermək niyyətində olduqlarını, bu məqsədlə investisiya qoyulması imkanlarını nəzərdən keçirdiklərini bildiriblər. Naxçıvan Muxtar Respublikasında istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixrac edilməsi potensialının mövcud olduğu qeyd olunub.

Görüş zamanı tekstil sahəsində potensial əməkdaşlığın reallaşdırılması istiqamətində atıla biləcək addımlara dair qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Naxçıvan iqtisadiyyatı Naxçıvana investisiya Naxçıvan tekstil sənayesi Türkiyə investisiyaları DİKTAŞ Mustafa Denizer Prime Cotton Azəripək ASC GİLTEKS MMC Azərbaycan Tekstil Assosiasiyası Fəridə Axundova Kazım Hüseynəliyev Naxçıvan İqtisadiyyat Nazirliyi tekstil istehsalı tekstil məhsullarının ixracı xarici investorlar Azərbaycanda tekstil sənayesi
23.10.2026 17:27
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19