Türkiyə brendi Azərbaycana 5 milyon dollar yatıracaq– Daha 6 mağaza açmağı planlaşdırır
100 iş yeri yaradılacaq.Türkiyə şirkəti Azərbaycanda 10 milyon dollarlıq satış hədəfləyirTürkiyənin tanınmış dəri məmulatları və ayaqqabı brendi “Derimod” Azərbaycanda fəaliyyətini genişləndirmək üçün 2030-cu ilə qədər təxminən 5 milyon dollar investisiya yatırmağı planlaşdırır. Şirkət ölkədə mağazalarının sayını 10-a çatdırmağı, elektron ticarətə başlamağı və illik pərakəndə satış dövriyyəsini 10 milyon dollara yüksəltməyi hədəfləyir.
Marja.az xəbər verir ki, bu planlar “Derimod”un beynəlxalq bazarlarda genişlənməni nəzərdə tutan “Vizyon 2030” strategiyasının tərkib hissəsidir.
Şirkət Azərbaycanda həyata keçirəcəyi investisiyalar hesabına təxminən 100 nəfərlik məşğulluq yaratmağı da nəzərdə tutur.
Bakıda 4 mağaza ilə fəaliyyətə başlayıb
“Derimod” Azərbaycanın pərakəndə satış bazarında birbaşa fəaliyyətə başlayaraq Bakının dörd ticarət mərkəzində mağazalarını istifadəyə verib.
Şirkətin mağazaları “Gənclik Mall”, “Crescent Mall”, “Dəniz Mall” və “City Park Mall” ticarət mərkəzlərində yerləşir.
Brend Azərbaycanı uzunmüddətli investisiya strategiyasında mühüm bazarlardan biri kimi qiymətləndirir.
Şirkət 2030-cu ilə qədər mağazalar şəbəkəsini genişləndirməklə yanaşı, elektron ticarət platformasını istifadəyə verməyi və satış həcmini artırmağı planlaşdırır.
Bu məqsədlə Azərbaycana təxminən 5 milyon dollar investisiya yönəldilməsi, pərakəndə satış dövriyyəsinin 10 milyon dollara çatdırılması və 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Xarici bazarlardan gəlirlərini 30 milyon dollara çatdırmaq istəyir
“Derimod”un Azərbaycan bazarına yatırımları şirkətin qlobal inkişaf strategiyasının bir hissəsidir.
“Vizyon 2030” strategiyasına əsasən, şirkət hazırda ümumi dövriyyəsində təxminən 5 faiz təşkil edən xarici satışların payını iki dəfə artırmağı hədəfləyir. Bununla yanaşı, “Derimod” beynəlxalq bazarlardan əldə etdiyi dövriyyəni 30 milyon dollara yüksəltməyi planlaşdırır.
Şirkət Türkiyədə 50 ildən artıq müddətdə formalaşdırdığı brend nüfuzunu, məhsul çeşidini və pərakəndə satış təcrübəsini digər ölkələrə daşımaqla dayanıqlı beynəlxalq inkişaf təmin etmək niyyətindədir.
“Azərbaycan bizim üçün strateji bazardır”
“Derimod”un Baş icraçı direktoru Murat Zaim bildirib ki, Bakıda başlayan yeni mərhələ şirkətin beynəlxalq inkişaf strategiyasında mühüm addımdır.
Onun sözlərinə görə, Türkiyədə 50 ildən artıq müddətdə formalaşdırılmış brend, məhsul, mağaza idarəçiliyi və əməliyyat təcrübəsi artıq yeni inkişaf mərhələsinə keçir.
Murat Zaim vurğulayıb ki, şirkət xarici investisiyalarını Türkiyə bazarında qazandığı təcrübəyə əsaslanaraq regional genişlənmə strategiyasının bir hissəsi kimi həyata keçirir.
Baş direktor Azərbaycanın “Derimod” üçün müvəqqəti sınaq bazarı olmadığını, ölkənin uzunmüddətli və davamlı investisiyaların həyata keçirildiyi strateji bazar kimi qiymətləndirildiyini bildirib.
Murat Zaim əlavə edib ki, “Vizyon 2030” strategiyası çərçivəsində əsas məqsəd “Derimod”u qlobal bazarlarda daha güclü, rəqabətqabiliyyətli və genişlənə bilən brendə çevirməkdir. Şirkət bu istiqamətdə beynəlxalq investisiyalarını davam etdirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
5 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
13 d. əvvəl
Bank Respublika xaricdən 40 milyon dollar kredit cəlb etdi - MÜQAVİLƏ BAĞLANIB
-
43 d. əvvəl
AzInTelecom tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb
-
48 d. əvvəl
Braziliyada Lula da Silva yenidən Prezident seçildi – Tarixi qələbə
- 48 d. əvvəl
-
1 saat əvvəl
Serbiyada 14 illik hakimiyyət dəyişir – Vuçiç seçkilərdə məğlubiyyətini etiraf edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə brendi Azərbaycana 5 milyon dollar yatıracaq– Daha 6 mağaza açmağı planlaşdırır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
AzInTelecom tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb
Tramp: “İranı yenidən bombalaya bilərəm”
Serbiyada 14 illik hakimiyyət dəyişir – Vuçiç seçkilərdə məğlubiyyətini etiraf edib
Ən çox oxunanlar
Rəsmi məzənnəər açıqlandı
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
Türkiyə brendi Azərbaycana 5 milyon dollar yatıracaq– Daha 6 mağaza açmağı planlaşdırır
Audi ABŞ-da 4 milyard dollarlıq zavod tikəcək – İldə 200 min avtomobil istehsal olunacaq
İlon Mask: SpaceX süni intellekt çipləri almaq üçün 40 milyard dollar borc cəlb edib
FED-in faiz dərəcəsini dəyişməyəcəyi gözlənilir
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə






















