Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub - Londonda mühüm görüş
Azərbaycan şirkətləri London Fond Birjasında maliyyə cəlb edə bilər. Mikayıl Cabbarov London Fond Birjasının rəhbəri ilə görüşüb. "JPMorgan Chase” və digər beynəlxalq şirkətlərlə Azərbaycana investisiyalar müzakirə olunubİqtisadiyyat naziri Mikayıl Cabbarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə iqtisadi əlaqələrin strateji tərəfdaşlığa uyğun inkişafı, qarşılıqlı investisiyaların təşviqi, qeyri-neft-qaz, maliyyə və aviasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində Baş nazirin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşüb.
Marja xəbər verir ki, görüşdə Azərbaycan–Birləşmiş Krallıq iqtisadi əlaqələrinin strateji tərəfdaşlığa uyğun inkişafı, qarşılıqlı investisiyaların təşviqi və qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Sənaye, enerji, ticarət, maliyyə xidmətləri və investisiya sahələrində birgə təşəbbüslərin perspektivləri, Britaniya şirkətlərinin və institusional investorların Azərbaycandakı layihələrə cəlb olunması barədə fikir mübadiləsi aparılıb. Ölkələrimizin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, yeni investisiya layihələrinin həyata keçirilməsində Britaniya təcrübəsindən, texnologiyalarından və maliyyə resurslarından istifadənin əhəmiyyəti vurğulanıb.
London Fond Birjasının (“London Stock Exchange”) baş icraçı direktoru Deym Hoget ilə görüşdə kapital bazarları sahəsində əməkdaşlıq, Azərbaycan şirkətlərinin beynəlxalq maliyyə resurslarına çıxışının genişləndirilməsi və kapital bazarları arasında əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində “Hinduja Group”, “Gulf Oil International Limited”, “Air Asia” və “JPMorgan Chase” şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirilib. Görüşlərdə investisiya, enerji, sənaye və aviasiya sahələrində əməkdaşlıq, ticarətin və infrastruktur layihələrinin maliyyələşdirilməsi, Azərbaycan şirkətlərinin beynəlxalq maliyyə resurslarına çıxışının genişləndirilməsi imkanları müzakirə olunub.
Müştərilərin xəbərləri
“Kristal Bakı” vergi borcu iddialarını rədd etdi – Media qurumlarına xəbərdarlıq: Məhkəməyə müraciət ediləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
2 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
4 d. əvvəl
Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb
- 31 d. əvvəl
- 40 d. əvvəl
-
45 d. əvvəl
Tikinti layihələrinin əlaqələndirilməsi üzrə Komissiya yaradıldı, sədr və üzvləri təyin olundu
- 48 d. əvvəl
- 53 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb
İstiqraz bazarında növbəti təklif – İllik 15%, müddət 2 il
Tikinti layihələrinin əlaqələndirilməsi üzrə Komissiya yaradıldı, sədr və üzvləri təyin olundu
Ən çox oxunanlar
Azərbaycanda mal əti istehsalı azalıb – rəsmi rəqəmlər
Oktyabrın 27-də gözlənilən hava şəraiti
Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı
Bank VTB (Azərbaycan)-dan Zəfər Gününə özəl nağd kredit kampaniyası
























