970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

PAŞA Sığortanın bazar payı 25%-ə yaxınlaşıb. PAŞA Sığorta 9 ayda 309 milyon manat toplayıb. PAŞA Sığortanın ödənişləri isə 28 milyon manat artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

“PAŞA Sığorta” ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib.

Marja.az-ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlıq göstəricidən 36 milyon manat və ya 13,2% çoxdur. Şirkətin sığorta haqları üzrə bazar payı 23,6%-dən 24,7%-ə yüksəlib.

Bu dövrdə “PAŞA Sığorta”nın həyata keçirdiyi ödənişlər də artıb.

Belə ki, ödənişlərin məbləği 102 milyon 969 min manatdan 130 milyon 899 min manata çatıb. Bu, 27 milyon 930 min manat və ya 27,1% artım deməkdir.

Ödənişlərin sığorta haqlarına nisbəti 37,7%-dən 42,4%-ə yüksəlib.

Şirkət ümumi sığorta bazarında yığımların həcminə görə “PAŞA Həyat Sığorta”dan sonra ikinci yerdə qərarlaşıb.

PAŞA Sığorta 2026 PAŞA Sığorta bazar payı PAŞA Sığorta sığorta haqları sığorta şirkətlərinin reytinqi
26.10.2026 12:08
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19