Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Süni intellektə investisiya artır, iş yerləri azalır - Sığorta nəhəngi 800 əməkdaşını ixtisar edəcək

Avropanın iri sığorta şirkətlərindən biri olan “Generali” xərclərini azaltmaq üçün işçi sayını 9% vəya 800 nəfər azaldacaq. Şirkət Almaniyadakı hər 11 iş yerindən təxminən birini ixtisar etməyi planlaşdırır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Süni intellektə investisiya artır, iş yerləri azalır  - Sığorta nəhəngi 800 əməkdaşını ixtisar edəcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

İtaliyanın sığorta nəhəngi “Generali”nin Almaniyadakı törəmə şirkəti restrukturizasiya proqramı çərçivəsində 2030-cu ilin sonunadək 800 əməkdaşını ixtisar edəcəyini açıqlayıb.

Marja.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

Reklam_3_11

Məlumata görə, ixtisar olunacaq əməkdaşların sayı “Generali”nin Almaniyada çalışan 9 min 100 nəfərlik işçi qüvvəsinin təxminən 9 faizini təşkil edir. Şirkət işçi sayının azaldılmasının əsasən könüllü pensiyaya çıxma mexanizmləri vasitəsilə həyata keçiriləcəyini bildirib.

Restrukturizasiya proqramı çərçivəsində əməliyyat xərclərinin optimallaşdırılması da nəzərdə tutulur. Bu məqsədlə hibrid iş modelinin geniş yayılması fonunda şirkətin bəzi ofisləri birləşdiriləcək və daşınmaz əmlakla bağlı xərclər azaldılacaq.

Bununla yanaşı, “Generali” texnoloji transformasiya prosesini sürətləndirməyi planlaşdırır.

Şirkət texnologiya və süni intellekt sahələrinə 100 milyon avrodan artıq investisiya yatıracağını açıqlayıb.

Beləliklə, “Generali”nin restrukturizasiya proqramı həm əməkdaşların sayının azaldılmasını, həm də əməliyyatların rəqəmsallaşdırılmasını və süni intellekt texnologiyalarına investisiyaların artırılmasını əhatə edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

26.10.2026 11:42
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19