“Bağçam: kompleks uşaq inkişafı modeli” kitabının təqdimatı keçirilib
Oktyabrın 23-də “Bağçam” uşaq bağçaları şəbəkəsinin çoxillik pedaqoji təcrübəsi əsasında hazırlanan “Bağçam: kompleks uşaq inkişafı modeli” kitabının təqdimatı keçirilib.
Kitabda Şəbəkədə təhsil alan uşaqların hissləri, ehtiyacları və fərdi xüsusiyyətləri nəzərə alınaraq, onların şəxsiyyət kimi formalaşması üçün vacib olan amillər elmi-nəzəri və praktiki baxımdan təhlil olunub. Kitab minlərlə uşağın erkən təhsilində iştirak edən “Bağçam”ın təcrübəsi ilə valideynlər, müəllimlər və tərbiyəçilər üçün uşaqların davranışlarını və ehtiyaclarını daha dərindən anlamağa, onların fərdi inkişafını dəstəkləyən yanaşmaları tətbiq etməyə kömək edən mənbədir.
Abraham Maslounun ehtiyaclar iyerarxiyası, Hovard Qardnerin çoxnövlü intellekt nəzəriyyəsi və pozitiv psixologiyanın uşaq bağçalarında doğru formada necə tətbiq edildiyini göstərən bu kitabda bağçayaşlı uşaqların emosional rifahını, özünəinamını, yaradıcılığını və sosial bacarıqlarının inkişafını təşviq etməyin yolları izah edilib. Bununla yanaşı, nəşrdə bağça mühitində uşaqların rəqəmsal təhlükəsizliyi, pedaqoji kadrların peşəkar inkişafı, mentorluq və inklüziv təhsil kimi aktual mövzulara da toxunulub.
Təqdimat mərasimində çıxış edən kitabın həmmüəllifi Samirə Dünyamalıyeva “Bağçam”ın fəaliyyətində və kitabın tərtibatında “Xoşbəxt uşaq hər zaman uğur əldə edir” prinsipinə əsaslandıqlarını qeyd edib:
“Böyük qürur hissi ilə bildirirəm ki, bu gün oxuculara təqdim etdiyimiz bu kitab uşağın fərdi xüsusiyyətlərinə hörmət, sevgi, əməkdaşlıq və elmi-pedaqoji yanaşma anlayışlarını özündə birləşdirərək xoşbəxt uşaqlıq mühitinin formalaşdırılmasına dair konseptual baxış təqdim edir. Biz burada uşağın özünü sevilən, dəyərli və təhlükəsiz hiss etdiyi mühitin yaradılmasının, ailə ilə məktəbəqədər təhsil müəssisəsi arasında əməkdaşlığın və empatik münasibətlərin əhəmiyyəti vurğulamışıq. Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, kitabın müəllifləri Böyükağa Mikayıllı, Rasif Dünyamalıyev, Samirə Dünyamalıyeva və Ülviyyə Mikayılovadır. Nəşrin redaktoru Məhəbbət Əliyeva, rəyçisi isə pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Laləzər Cəfərovadır.
Xatırladaq ki, “Bağçam” uşaq bağçaları şəbəkəsi 2011-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində məktəbəqədər təhsil sektoruna 50-dən çox uşaq bağçası bəxş edən Şəbəkə hazırda 200 əməkdaşı ilə 11 uşaq bağçası və 2 reabilitasiya və inteqrasiya mərkəzini idarə edir. Xüsusi keyfiyyət standartları və idarəetmə sistemi olan “Bağçam” bu günə qədər 10 minə yaxın uşağa məktəbəqədər təhsil xidməti göstərib. Şəbəkə özünəməxsus tədris və uşaq inkişafı proqramı ilə fərqlənir.
Müştərilərin xəbərləri
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
14 d. əvvəl
4,8 milyon manatlıq əmlak qalmaqalı - Tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb
-
26 d. əvvəl
Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb
-
33 d. əvvəl
BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib
-
41 d. əvvəl
Niderlandın logistika nəhəngi Azərbaycana yeni investisiyalar yatıra bilər
- 45 d. əvvəl
-
1 saat əvvəl
Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var
-
1 saat əvvəl
Dünyada bananın bahalaşacağı gözlənilir – Nəhəng şirkətdən xəbərdarlıq
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb
Azərbaycan ABŞ şirkəti ilə əməkdaşlığı müzakirə edib
Ən çox oxunanlar
Balıqçılıq və iri təsərrüfatların fəaliyyəti ilə bağlı qanunvericilik dəyişdi – Yeni tələblər müəyyən edildi
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

























