Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb

AzVak-mobil_resmin_ustu_31
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan “IE Business School”un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş “Global Senior Management” proqramı başa çatıb.

Reklam_3_11

AZCON Holding-in icraçı direktoru Şahin Babayev və IE Universitetinin korporativ əlaqələr üzrə icraçı sədri Villiam Davila çıxışlarında insan kapitalının inkişafının təşkilatların dayanıqlı inkişafında əhəmiyyətini vurğulayıblar. Onlar liderlik bacarıqlarının artırılmasının, müasir idarəetmə yanaşmalarının tətbiqinin və dəyişən biznes mühitində davamlı öyrənmənin mühüm rol oynadığını qeyd ediblər.

Tədbir çərçivəsində AZCON Holding əməkdaşlarının bakalavriat və magistratura proqramları üzrə güzəştlərdən yararlanmasını nəzərdə tutan memorandum imzalanıb. Eyni zamanda orta səviyyəli rəhbərlər üçün yeni liderlik proqramına start verilib.

Tədbirin yekununda “Global Senior Management” proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, bu strateji tərəfdaşlıq AZCON Holding-in insan kapitalının inkişafı üzrə prioritetlərinin reallaşdırılmasına, beynəlxalq qabaqcıl təcrübənin tətbiqinə və rəhbər heyətin idarəetmə potensialının gücləndirilməsinə töhfə verəcək.

27.10.2026 12:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19