Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bank biznes krediti götürənləri 12 aylıq xidmət haqlarından azad edir ®

Rabitəbank Zəfər Gününə özəl biznes kampaniyasına start verib. Rabitəbankdan sahibkarlara yeni təklif – Bir il bank xidmətləri pulsuz olacaq.
AzVak-mobil_resmin_ustu_31
Bank biznes krediti götürənləri 12 aylıq xidmət haqlarından azad edir ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

Sahibkarların maliyyə imkanlarını genişləndirməyi və biznesin inkişafına dəstək göstərməyi prioritet istiqamətlərindən biri kimi müəyyən edən Rabitəbank 8 Noyabr Zəfər Günü münasibətilə xüsusi kampaniyaya start verib. Bank biznes müştərilərinə sərfəli kredit şərtləri ilə yanaşı, bir il ərzində bir sıra bank xidmətlərindən ödənişsiz yararlanmaq imkanı təqdim edir.

1 dekabr 2026-cı il tarixinədək davam edəcək 44 günlük kampaniya çərçivəsində biznes krediti rəsmiləşdirən müştərilər abunə tipli tarif paketlərinə daxil olan bir sıra bank xidmətlərindən bir il müddətində ödənişsiz yararlanmaq imkanı əldə edirlər.

Belə ki, sahibkarlar ölkədaxili AZN köçürmələri, bankdaxili köçürmələr, nağdsız valyuta mübadiləsi və cari hesablardan nağd vəsaitin verilməsi xidmətlərindən ödənişsiz faydalana, həmçinin POS-terminallar üzrə aylıq xidmət haqqından azad ola bilərlər.

Kampaniya sahibkarlara bizneslərinin maliyyələşdirilməsi ilə yanaşı, qeyd olunan bank əməliyyatları üzrə xidmət xərclərini sıfıra endirmək imkanı yaradır. Bu isə gündəlik bank əməliyyatları istiqamətində xərclərin azaldılmasına, maliyyə resurslarının daha səmərəli idarə olunmasına və qənaət edilən vəsaitin biznesin inkişafına yönəldilməsinə şərait yaradır.

Kampaniya haqqında ətraflı məlumat üçün linkə https://rbt.az/zafar-b keçid edə bilərsiniz.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Rabitəbank biznes krediti Rabitəbank kampaniya Rabitəbank Zəfər Günü kampaniyası 8 Noyabr Zəfər Günü 44 günlük kampaniya 1 dekabr 2026 biznes kreditləri sahibkarlar üçün kredit bank xidmətləri pulsuz bank xidmətləri ödənişsiz köçürmələr bankdaxili köçürmələr manat köçürmələri nağdsız valyuta mübadiləsi POS-terminal xidmət haqqı Rabita Business biznes bankçılığı sahibkarlığa dəstək kiçik və orta biznes Rabitəbank səhmdarları Zakir Nuriyev Rauf Əliyev
28.10.2026 12:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19