Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir.

Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçilərin gündəlik bank əməliyyatlarını daha rahat həyata keçirməsinə imkan yaradır.Tətbiqin əsas yeniliklərindən biri ATB müştərilərinin ailə üzvləri üçün nəzərdə tutulmuş Ailə bankçılığı funksiyasının istifadəyə verilməsidir.

Ailə bankçılığı - bankxidmətlərinə yeniyanaşma

Yeni Ailə bankçılığı həlli rəqəmsal bankçılığa fərqli yanaşma təqdim edərək bank xidmətlərindən yalnız əsas kart sahibinin deyil, onun ailə üzvlərinin də rahat şəkildə faydalanmasına imkan yaradır. Artıq ailə üzvləri üçün birbaşa tətbiq üzərindən kart sifariş etmək, ödənişlər aparmaq, xərc limitlərini müəyyənləşdirmək və kartları idarə etmək mümkündür.

Bu funksiya ailə daxilində gündəlik maliyyə əməliyyatlarının idarə olunmasını asanlaşdırır, valideynlərə övladlarının xərclərinə nəzarət etmək imkanı yaradır və uşaqların maliyyə savadlılığının inkişafına töhfə verir.

Daha geniş rəqəmsal imkanlar

Yenilənmiş atb360 tətbiqində istifadəçilərə gündəlik bank əməliyyatlarını daha rahat həyata keçirmək üçün yeni əlavə imkanlar da təqdim edir.

Tətbiq vasitəsilə ƏDV geri almaq, AniPay xidmətindən istifadə etmək, QR əməliyyatları aparmaq və mövcud depozitlər haqqında məlumat əldə etmək mümkündür.

Bununla yanaşı, müştərilər olduqları yerdən, filiala getmədən atb360 vasitəsilə onlayn krediti anında sərfəli şərtlərlə əldə edə bilərlər.

Rəqəmsal bankçılığa keçiddə növbəti mərhələ

atb360-ın yenilənməsi Azər Türk Bankın ənənəvi bank xidmətlərini mərhələli şəkildə rəqəmsal mühitə keçirmək strategiyasının tərkib hissəsidir. Bank atb360-ı mərhələli şəkildə inkişaf etdirərək müştərilərə daha geniş bank xidmətlərindən məsafədən faydalanmaq imkanı yaratmağı hədəfləyir. Əsas məqsəd bank xidmətlərini mərhələli şəkildə rəqəmsal mühitə daşıyaraq müştərilərin maliyyə ehtiyaclarını filiallara getmədən, atb360 üzərindən qarşılaya bilməsini təmin etməkdir.

atb360 tətbiqini App Store və ya Google Play üzərindən yükləmək və son versiyaya yeniləmək mümkündür.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 09 45, yaxud 945 nömrəli Çağrı Mərkəzindənəldə edə bilərsiniz.

atb360 atb360 mobil tətbiqi Azər Türk Bank yenilikləri Ailə bankçılığı ailə bankçılığı xidməti uşaqlar üçün bank kartı valideyn nəzarəti kart xərclərinə nəzarət bank kartı limitləri ailə büdcəsi rəqəmsal bankçılıq mobil bankçılıq ƏDV geri al AniPay QR ödənişləri onlayn kredit dövlət bankı Azərbaycanda bank xidmətləri ATB mobil tətbiqi.
30.10.2026 15:42
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19