Qubada alma istehsalı kəskin azalıb – Fermerlər minlərlə manat ziyana düşüblər
Qubanın alma bağlarında xəstəlik yayılıb, məhsuldarlıq xeyli azalıb. Qubalı fermerlər həyəcan təbili çalırlar: “Almaçılıq tarixə qovuşa bilər”. Qubada alma məhsuldarlığı 62,5% azalıb – Fermerlər böyük zərər açıqlayırlar. Əvvəl 16 ton alma yığırdı, indi cəmi 6 ton. Qubalı fermer: “8–10 min manat gəlir götürürdük, indi 5–6 min manat ziyandayıq”. Almanın tonunu 120–130 manata alırlar – Qubalı fermerlər qiymətlərdən narazıdır.Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb.
Bu barədə yerli fermerlər məlumat veriblər.
Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi səbəbindən alma bağlarında yayılmış göbələk, bakteriya, virus, mikoplazma, həmçinin funksional və abiotik mənşəli xəstəliklər məhsuldarlığa və toplanan meyvələrin keyfiyyətinə mənfi təsir göstərib.
Qiymətlərə gəldikdə isə bu arada bazara çıxarılan Quba almasının qiyməti 60 qəpik-1 manat aralığında dəyişir. Hazırda bölgədə fəaliyyət göstərən emal müəssisələri almanın 1 kiloqramını fermerlərdən cəmi 10 qəpiyə alır. Bu isə bağ sahiblərini qane etmir.
Fermer Elşad Rüstəmov bildirib ki, 1,5 hektar sahəsi olan alma bağına hər il adətən 5-6 dəfə dərman vururdusa, bu il bağı 15 dəfə dərmanlamaq məcburiyyətində qalıb:
"Ötən illərdə alma bağından 8-10 min manat gəlir götürürdük. Bu il isə heç qoyduğumuz mayanı da çıxara bilmədik. Dərmanın və fəhlələrin pulunu, digər xərcləri hesablasaq, 5-6 min manat ziyandayıq. Növbəti ildə də vəziyyət dəyişməsə, ənənəvi Quba alması artıq tarixə qovuşacaq".
Digər fermer Teymur Seyfullayev isə deyib ki, onun təsərrüfatında yığıma beş gün əvvəl başlanılıb:
"Məhsuldarlıq çox aşağı düşüb. Alma bağımın sahəsi təqribən hektar yarımdır. Demək olar ki, yığım başa çatmaq üzrədir. Ötən illərdə meyvənin dərilməsi az qala, ayyarım davam edərdi. Dəqiq desəm, əvvəllər hər il 16 ton alma yığırdıqsa, bu il məhsuldarlıq 6 tona düşüb. Böyük zəhmət hesabına becərdiyimiz almanı alıcılar maksimum 70 qəpiyə alırlar. Bu isə o deməkdir ki, 7-8 min manat ziyan etmişik".
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov məsələ ilə bağlı bildirib ki, rayon ərazisində almaya xəstəlik düşməsinin səbəbi davamlı yağıntı və rütubətli hava şəraitidir:
"Quba rayonunda 17 min 170 hektar meyvə bağı mövcuddur. Bunun da 6 min 860 hektarı, yəni 40 %-i alma bağlarıdır. Alma bağlarında ən çox dəmgil xəstəlikləri yayılıb. Qubada sürətlə yayılan bu tip xəstəlik məhsuldarlığa çox mənfi təsir göstərir. Qiymətləri müqayisə etsək, yerli fermerlər ötən illərdə almanın hər kiloqramından 4-8 qəpik gəlir əldə edirdilər. Lakin bu il emal müəssisələrində almanın qəbul qiyməti bir qədər artırılaraq kiloqramı 12-13 qəpik, tonu isə 120-130 manat təşkil edib".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qubada alma istehsalı kəskin azalıb – Fermerlər minlərlə manat ziyana düşüblər
-
1 saat əvvəl
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub
- 1 saat əvvəl
-
17 saat əvvəl
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
-
17 saat əvvəl
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
- 17 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt”
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Ən çox oxunanlar
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

























