970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABB Invest AccessBank-ın Bank Respublika tərəfindən satın alınması prosesini uğurla başa çatdırıb

Bank Respublika AccessBank-ı almaq üçün imtiyazlı səhmlər yerləşdirib
iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB Invest AccessBank-ın Bank Respublika tərəfindən satın alınması prosesini uğurla başa çatdırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC (ABB Invest) yerli kapital bazarının son dövrlərdə ən mürəkkəb satınalma əqdlərindən biri olan “AccessBank” QSC-nin (AccessBank) “Bank Respublika” ASC (Bank Respublika) tərəfindən satın alınması prosesini uğurla başa çatdırmışdır.

ABB Invest-in vasitəçiliyi və peşəkar dəstəyi ilə həyata keçirilən satınalma prosesi çərçivəsində AccessBank-ın səhmlərinin alqı-satqısı, eləcə də Bank Respublika tərəfindən imtiyazlı səhmlərin emissiyası və yerləşdirilməsi uğurla həyata keçirilmişdir.Bu əqdin uğurla tamamlanması ABB Invest-in irimiqyaslı korporativ əməliyyatların həyata keçirilməsində və kapital bazarında kompleks maliyyə həllərinin təqdim edilməsində mühüm rolunu bir daha təsdiqləyir.

ABB Invest-in icraçı direktoru Nadir Babazadə əməliyyatın uğurla tamamlanması ilə bağlı bildirib:

“Bu mühüm prosesdə bizə göstərdikləri etimada görə Bank Respublika və AccessBank rəhbərliyinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, əməliyyatların həyata keçirilməsi zamanı göstərdikləri yaxından dəstəyə və səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının Mərkəzi Bankına və Milli Depozit Mərkəzinə minnətdarlığımızı ifadə edirik.”

ABB Invest bundan sonra da Azərbaycanın kapital bazarının inkişafına töhfə verməyi, korporativ maliyyə əməliyyatlarında fəal iştirak etməyi və müştərilərinə peşəkar investisiya xidmətləri göstərməyi hədəfləyir. 

ABB Invest AccessBank satın alınması Bank Respublika AccessBank bank satınalması bank səhmləri imtiyazlı səhmlər ABB İnvest İnvestisiya Şirkəti Azərbaycan bank sektoru bankların birləşməsi kapital bazarı Nadir Babazadə
04.11.2026 13:45
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19