Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Nvidia rəhbəri ətrafında qalmaqal: 4%-dən çox enən səhmlər yenidən yüksəlir

AzVak-mobil_resmin_ustu_31
Nvidia rəhbəri ətrafında qalmaqal: 4%-dən çox enən səhmlər yenidən yüksəlir
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Nvidia”nın baş icraçı direktoru Censen Huanqın Çin casusu olduğu iddia edilən qadınla nikahdankənar münasibəti ətrafında yaranmış vəziyyət investorların diqqət mərkəzində qalır. Şirkətin səhmləri çərşənbə axşamı, noyabrın 10-da birjaöncəsi ticarətdə müəyyən qədər bahalaşıb.

Marja.az xəbər verir ki, bazar ertəsi ticarəti 4%-dən çox ucuzlaşma ilə başa vuran “Nvidia” səhmləri ABŞ-ın Şərq vaxtı ilə saat 04:40-a — Bakı vaxtı ilə 13:40-a olan məlumata görə, 1,8% yüksəlib.

Səhmlərin əvvəlki gün ucuzlaşması Huanqın bazar günü əməkdaşlara göndərdiyi elektron məktubda həyat yoldaşına xəyanət etdiyini və baş icraçı direktor kimi üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirmədiyini etiraf etməsindən sonraya təsadüf edib.

Məlumatlara görə, Huanq “Nvidia”nın müştərisi olan “Megaspeed” şirkətinin rəhbər şəxslərindən Alis Huanqla münasibətdə olub. “The New York Times” qəzetinin oktyabrın 29-da dərc etdiyi xəbərə əsasən, ABŞ rəsmiləri qadının Çin kəşfiyyatı ilə əlaqəli olduğu və Pekinə məlumat ötürdüyü qənaətinə gəliblər. Onun “Nvidia”nın qabaqcıl süni intellekt çiplərinin Çinə yönləndirilməsində də iştirak etmiş ola biləcəyi iddia olunur.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Federal Təhqiqatlar Bürosunun (FBI) məsələni araşdırdığını bildirib.

“Bir müddətdir bu barədə müəyyən məlumatlar oxuyuram, amma çoxdan deyil. Məsələni araşdıracağıq. Bilirəm ki, FBI bunu başqa bir məsələ çərçivəsində araşdırır və düşünürəm ki, onun üçün hər şey yaxşı olacaq”, — Tramp Ağ Evdə jurnalistlərə deyib.

“Nvidia”nın Direktorlar Şurası da müstəqil araşdırmaya başladığını açıqlayıb. Şura hazırda ABŞ-ın milli təhlükəsizliyinin və ya şirkətin məxfi məlumatlarının zərər gördüyünü düşünməyə əsasının olmadığını, Huanqa və onun rəhbərlik komandasına etimad göstərdiyini bildirib. 

10.11.2026 14:57
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar