Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Nvidia” səhmləri daha 3 faiz ucuzlaşdı — Huanqın qalmaqalı investorları narahat edir

AzVak-mobil_resmin_ustu_31
“Nvidia” səhmləri daha 3 faiz ucuzlaşdı — Huanqın qalmaqalı investorları narahat edir
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Nvidia”nın səhmləri çərşənbə axşamı ticarət zamanı daha 3 faiz ucuzlaşıb. İnvestorlar şirkətin baş icraçı direktoru Censen Huanqın Çin casusu olduğu iddia edilən qadınla nikahdankənar münasibətinin mümkün nəticələrini qiymətləndirməyə davam edirlər.

Marja.az xəbər verir ki, bazar ertəsi şirkətin səhmləri ticarəti 4 faizdən çox ucuzlaşma ilə başa vurmuşdu.

Bundan bir gün əvvəl Huanq əməkdaşlara göndərdiyi elektron məktubda həyat yoldaşına xəyanət etdiyini və baş icraçı direktor kimi üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirmədiyini etiraf etmişdi.

Məlumatlara görə, Huanq “Nvidia”nın müştərisi olan “Megaspeed” şirkətinin rəhbər şəxslərindən Elis Huanqla münasibətdə olub. “The New York Times” oktyabrın 29-da yazmışdı ki, ABŞ rəsmiləri qadının Pekinə məlumat ötürən Çin kəşfiyyatı əməkdaşı olduğu qənaətinə gəliblər. Nəşrin məlumatında onun qabaqcıl “Nvidia” süni intellekt çiplərinin Çinə yönləndirilməsində də iştirak etmiş ola biləcəyi bildirilirdi.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi məsələnin Federal Təhqiqatlar Bürosu tərəfindən araşdırıldığını açıqlayıb.

“Bir müddətdir bu barədə müəyyən məlumatlar oxuyuram, amma çoxdan deyil. Məsələni araşdıracağıq. Bilirəm ki, FBI başqa bir məsələ çərçivəsində bunu araşdırır və düşünürəm ki, onun üçün hər şey yaxşı olacaq”, — Tramp Ağ Evdə jurnalistlərə bildirib.

Texnologiya nəhənginin problemlərini Kaliforniyanın San-Xose şəhərindəki federal məhkəmədə “Nvidia”ya və Huanqa qarşı qaldırılan səhmdarların kollektiv iddiası da artırıb.

“The Rosen Law Firm” hüquq firmasının təqdim etdiyi iddiada cavabdehlərin Huanqın Elis Huanqla münasibəti və “Nvidia”nın “Megaspeed” ilə əlaqələri barədə yanlış və ya yanıltıcı açıqlamalar verdiyi irəli sürülür. İddiaçılar bu məsələlərin şirkətin nüfuzu və biznes perspektivləri üçün əhəmiyyətli risk yaratdığını bildirirlər. 

“Yorkville Ives & Co” şirkətinin baş idarəedici direktoru Den Ayvz çərşənbə axşamı yayımladığı analitik qeyddə bildirib ki, hazırda Uoll-Stritdə və investorlar arasında müzakirələrdə Huanqın “Nvidia”nın baş icraçı direktoru vəzifəsindən uzaqlaşdırılması ehtimalı təxminən 15 faiz qiymətləndirilir. Direktorlar şurasının araşdırması başa çatdıqdan sonra onun vəzifəsində qalması ehtimalı isə 85 faiz hesab olunur.

Ayvzın fikrincə, direktorlar şurasının araşdırması 4–6 həftə çəkə bilər. “Nvidia”dan yeni məlumatlar açıqlanana qədər bu qeyri-müəyyənliyin səhmlər üzərində təzyiq yaradacağı gözlənilir.

10.11.2026 18:48
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar