Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
Euronews ABB-nin Özbəkistana genişlənməsini beynəlxalq inkişafda mühüm addım adlandırıb.Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib.
Məqalədə ABB-nin yeni bazara çıxışının Azərbaycan bankçılığının beynəlxalq inkişafı baxımından əhəmiyyəti, ABB DAVR brendinin perspektivləri, eləcə də Bankın texnoloji imkanları və gələcək hədəfləri diqqətə çatdırılıb.
Nəşr ABB-nin Özbəkistanın Davr Bankındakı əsas nəzarət səhm paketini əldə etməsini Bankın 2026–2028-ci illər üzrə inkişaf strategiyasında nəzərdə tutulan coğrafi genişlənmə hədəflərinə doğru mühüm addım kimi qiymətləndirib. ABB DAVR-ın fəaliyyətə başlamasının Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin daha güclənməsinə xidmət edəcəyini vurğulayıb.
Məqalədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun Bankın beynəlxalq inkişaf perspektivləri ilə bağlı fikirlərinə də yer verilib. O bildirib ki, əsas məqsəd Özbəkistanın aparıcı müasir özəl banklarından birini formalaşdırmaqdır.
Euronews ABB-nin həmçinin rəqəmsal transformasiya və süni intellekt sahəsində nailiyyətlərini geniş işıqlandırıb.
Euronews-un qənaətinə görə, ABB-nin Özbəkistan bazarına daxil olması Bankın texnologiya, innovasiya və uzunmüddətli regional əməkdaşlıq üzərində qurulan inkişaf modelinin yeni mərhələsidir.
Məqalə ilə buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
5 d. əvvəl
“Xankəndi” şərabının tıxacında niyə “erməni şərabı” yazılıb? - Şirkət rəhbərindən açıqlama
-
39 d. əvvəl
Burger King paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azəralüminium”un gəlirləri artsa da, mənfəəti azalıb – Borclar kəskin artıb
-
1 saat əvvəl
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manata çatıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Əmək müqavilələrinin rəsmiləşdirilməsi sadələşdiriləcək"
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manata çatıb
Noyabrın 12-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata yaxınlaşıb
Azərbaycanda inflyasiya 5,6 faizə enib
























