Ata, mən bank kartı istəyirəm! - MUĞANBANKDAN UŞAQLAR ÜÇÜN YENİ KART
“Muğanbank” yaşı 10-16 civarında olan uşaqlar üçün yeni Mugan Junior adlı kart istifadəyə verməyə hazırlaşır. Mugan Junior kartındakı məbləğin üzərinə illik 5%-dək gəlir hesablanacaqdır.“Muğanbank” ASC-də Biznes proseslərinin idarəedilməsi departamentinin əməkdaşı Səmanə Musayevanın Marja.az saytına müsahibəsi.
-Salam, əldə etdiyimiz məlumata görə, “Muğanbank” yaşı 10-16 civarında olan uşaqlar üçün yeni Mugan Junior adlı kart istifadəyə verməyə hazırlaşır. Hansı müşahidələrinizə və bazar araşdırmalarınıza əsasən belə bir məhsula təlabatın olduğunu müəyyən etmisiniz? Uşaqlar üçün kart nə dərəcədə lazımlıdır?
- Salam, bildiyiniz kimi, hal-hazırda dövr rəqəmsallaşmaya döğru gedir. Gənclər və eləcə də yeniyetmələrin bu çağırışlara qarşılıq verən nəsillər arasında ən smart olduğunu desək qəti yanılmarıq. Hər bir şeyin sürətlə rəqəmsallaşdığı və dəyişdiyi bir dövrdə smartlaşan insanlar, ən əsası da gənclər və yeniyetmələr yeni tələb formalaşdırır. Həm ümumi müşahidələr , həm də tərəfimizdən aparılan araşdırmalara əsasən deyə bilərik ki, bazarda yeni yaranan tələbin qarşılanması istiqamətində kifayət qədər boşluqlar mövcuddur. Digər sahələrlə yanaşı plastik kart bazarında da vəziyyət söylədiklərimizə çox yaxındır. Belə ki, bazarda yetərincə plastik kartların olmasına baxmayaraq, uşaqlar, yeniyetmələr üçün seçim çox azdır, demək olar ki, yoxdur. Lakin, övladlarımızın yaşını, smartlaşma istiqamətində sürətli inteqrasiya reallığını və ya ən azından təhlükəsizlik mövzularını nəzərə alsaq, elə ən çox da onlar üçün bu kimi məhsullar olmalıdır deyə düşünürük. Belə ki, uşaqlar nağd pulu itirə, oğurlada, lazımsız yerə xərcləyə və ya pis vərdişlərə yönəldə bilərlər. Lakin, kart bu baxımdan pulların maksimum təhlükəsizliyini təmin edir, valideynlərə övladlarının bütün ödəniş tarixçəsini və haradan edildiyini izləməyə imkan verir və ən əsası pis vərdişlərdən qorumaq fürsəti yaradır.
Təşəbbüs etdiyimiz Mugan Junior kartı bazarda yaranan yeni tələbin qarşılanması ilə yanaşı, qeyd olunan sosial istiqamətlərdə də faydalı olmağı hədəfləyir. Bundan əlavə, Mugan Junior kartının yeniyetmələrə müstəqillik nümayiş etdirməyə, maliyyə savadlılığının əsaslarını və pulla necə davranmağı öyrənməyə kömək edəcəyinə inanırıq.
- Nəzərdə tutulan kart ödənişli olacaq?
- Xeyr, bu layihə sosial xarakter daşıyır və hədəfimiz korporativ sosial siyasətimiz çərçivəsində cəmiyyətimizə faydalı olmaq və eyni zamanda nağdsız əməliyyatların artmasına öz töhfəmizi verməkdir.
- Uşaqlar və ya valideynlər bu kartı necə əldə edə bilər?
- Mugan Junior yetkinlik yaşına çatmış şəxsin (sifarişçinin) bank hesabına əlavə kart kimi buraxılır və kart ilə aparılan bütün əməliyyatlar sifarişçinin bank hesabı üzrə həyata keçirilir. Kartı valideynin və uşağın şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni təqdim etməklə bankımızın istənilən filiallarına yaxınlaşaraq əldə etmək mümkündür.
- Mugan Junior kartından alış-veriş mərkəzləri və internet mağazalarında istifadə qaydaları necə nəzərdə tutulur?
- Mugan Junior kartından online/offline alış-veriş məkanlarında istifadə etmək mümkündür. Lakin, mərc oyunları, qumar, lotereya və s. kimi sahələrə çıxışlar Bank tərəfindən bloklaşdırılmışdır.
- Mugan Junior kartındakı vəsaitin istifadəsi (ödəniş, trasfert və nağdlaşdırma) üzrə günlük limit (məhdudiyyət) nəzərdə tutulurmu? Yoxsa kartdakı vəsaitdən istifadə üzrə heç bir məhdudiyyət yoxdur və ya bu limiti müəyyən etmək valideynlərin öz ixtiyarına buraxılır?
- Hal-hazırda standart olaraq günlük nağd və ya onlayn alışlar üzrə limit 20 AZN təyin edilmişdir, lakin valideynin istəyi üzrə bu limit istənilən vaxt dəyişdirilə bilər.
- Mugan Junior kartının hər hansı başqa üstünlükləri var?
- Əlbəttə, Mugan Junior debet kartı olacaqdır, yəni valideyn və ya uşaq tərəfindən karta yatırılan vəsait istifadə ediləcəkdir. Bundan əlavə uşaqlarda yığım, qənaət, xərc və gəlirləri düzgün idarə etmək istiqamətində təbliğat aparmaq, onları bu istiqamətdə həvəsləndirmək məqsədilə qalıq məbləğin üzərinə illik 5%-dək gəlir hesablanır.
- Yaşı 10-16 olan vətəndaşın uşaq olduğunu da unutmaq olmaz. Uşaq kənar təsirlər ilə kartdakı vəsaiti yersiz xərcləyə bilər. Məsələn, bir oyun saytında bütün vəsaiti xərcləyə bilər. Bu məsələdə nəzarət necə olacaqdır?
-Daha əvvəl də qeyd etdiyim kimi, Bank tərəfindən ödənişlərə və limitlərə bəzi məhdudiyyətlər müəyyən edilmişdir. O cümlədən, onlayn aparılan əməliyyatların təsdiqi üçün təhlükəsizlik kodu valideynlərə sms vasitəsi ilə göndəriləcək. Bu, öz növbəsində valideynlərə arzuolunmayan ödənişlərin qarşısını almaq üçün imkan yaradacaq.
-Kartın dizaynı uşaqlara uyğun olacaqmı?
- Kartlar müasir üslübda iki fərqli dizaynda hazırlanıb və üzərində uşaqların adı qeyd olunacaq. Əminəm ki, kartlarımız üşaqların sevərək istifadə etdikləri kartlardan biri olacaq.
-Kart itərsə və ya oğurlanarsa, uşaq və ya valideynləri nə etməlidirlər?
- Bu zaman valideyn və ya uşağın özü qaynar xəttlə əlaqə saxlayıb məxfi sözü bildirərək kartı bloklaşdıra bilər.
- Karta haradan və necə vəsait yatırmaq imkanları olacaqdır?
Müştərilərə karta Muğanbankın filialları və ya MilliÖn ödəmə terminallarından mədaxil etmək imkanı yaradılmışdır.
-Müsahibəyə görə, təşəkkür edirik.
-Sağ olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
1 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
13 saat əvvəl
Bakıda 49 mərtəbəli, 185 metrlik “Gilavar” kompleksi və 90 metrlik qüllə
-
13 saat əvvəl
Bakıda Böyükşor gölünün ətrafı dəyişəcək - Ərəb şirkəti inkişaf planını açıqladı
-
14 saat əvvəl
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi ®
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib ®
-
15 saat əvvəl
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
İldə 4 ton şərab istehsal edən ailə təsərrüfatına dəstək göstərilib - “Mistika”nın istehsalı genişləndiriləcək
Ən çox oxunanlar
Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Azərbaycanda Google Ads Google Ads Sales Representative: yerli təcrübə və biznes üçün yeni imkanlar
“Şərəf” ordeni ilə təltif edildi
Havanı çirkləndirən müəssisələrə nəzarət gücləndiriləcək – Prezidentdən yeni Sərəncam
Avrozonada inflyasiya son 3 ilin ən yüksək səviyyəsinə çatıb – Yeni faiz artımı gözlənilir
























