“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftə Amerikada, Avrozonda və Almaniyada proqnozların çox altında açıqlanan ÜDM göstəricisi, eləcə də, Almaniyada geriləyən inflyasiya göstəriciləri fonunda EUR/USD və GBP/USD məzənnələri həftəni müvafiq olaraq 1.10$ və 1.25$ hədlərinin üzərində bağladı.
Lakin cümə günü Amerikada mart ayı üçün şəxsi gəlir 0.3%, şəxsi istehlak xərcləri isə 0.1% artımla açıqlandı. Məlumatların ən əhəmiyyətli maddəsi olan istehlak xərclərinin baza indeksi (Core PCE) mart ayında 0.3% artıb. ABŞ-da inflyasiyanın yayıldığını göstərən məlumatlar həftənin son ticarət günü dollara bir qədər dəstək oldu.
Bu həftə FED-in faiz qərarı, Amerikada açıqlanacaq əmək bazarına dair statistik göstəricilər, xüsusilə də “NFP” DXY-da tendensiyanın gedişinə ciddi təsir edə bilər.
EUR
Bu həftə Avropa Mərkəzi Bankının faiz qərarı, Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, Almaniyada və Avrozonada açıqlanacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksləri EUR/USD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən “ayılar” EUR/USD məzənnəsində qiymətləri 1.10$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası 1.08$-a kimi davam edə bilər.
GBP
Ötən həftəni 1.25$ səviyyəsinin üzərində tamamlayan GBPUSD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri ciddi təsir edə bilər.
GOLD
Cümə günü FED-in inflyasiya göstəricisi olaraq qəbul etdiyi Fərdi İstehlak Xərcləri və ərzaq və enerji məhsulları istisna olmaqla Baza Şəxsi İstehlak Xərcləri Qiymət İndeksinin proqnozların üzərində açıqlanması fonunda qızılın unsiya üzrə qiyməti ucuzlaşaraq həftəni 1983$ səviyyəsində başa vurdu.
Təhlillərə əsasən bu həftə FED-in və AMB-nin faiz qərarları, Amerikada və Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri, həmçinin Amerikada dərc olunacaq əmək bazarı xüsusilə də NFP, eləcə də Amerika, Avrozona və İngiltərədə dərc olunacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksləri valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
14 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
14 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
14 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
14 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
16 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























