Qida məhsullarının zənginləşdirilməsi ilə bağlı qaydalar təsdiq olunub
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya) haqqında qərarın qəbul edilməsi qaydası”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, Qayda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya) haqqında qərarın qəbul edilməsi ilə bağlı məsələləri tənzimləyir. Qida məhsullarının zənginləşdirmə tələbləri, metodları və zənginləşdirmə prosesində istifadə olunan inqrediyentlər və nutriyentlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) elmi əsaslandırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir və qida zənciri subyektləri üçün məcburi xarakter daşıyır. Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar daxili bazara yerləşdirilməsi məqsədilə istehsal və ya emal edilən və ya ölkəyə idxal olunan qida məhsullarına şamil edilir. Qaydada istifadə olunan anlayışlar “Qida təhlükəsizliyi haqqında” Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.
Sənəddə qeyd edilir ki, əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə yaradılan tibbi statistika və məlumat-analitik bankının məlumatları, habelə adambaşına düşən istehlak göstəricilərinə dair məlumatlar əsasında zərurət müəyyən olunduqda, Agentlik və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qida məhsullarının zənginləşdirilməsi ilə bağlı müvafiq prosedura başlanılması barədə qərar qəbul edilir. Müvafiq məlumatlar AQTA tərəfindən qida məhsullarının zənginləşdirilməsi ilə bağlı elmi araşdırmanın aparılması məqsədilə AQTİ-yə təqdim edilir. İnstitut tərəfindən elmi araşdırma əhalidə bir və ya daha çox nutriyent çatışmazlığı ilə bağlı tibbi dəlillər, nutriyentlərin qəbulunun aşağı səviyyədə olmasına dair məlumatlar, əhalinin qidalanma vəziyyətinin yaxşılaşdırılması və (və ya) qidalanma vərdişlərində baş verən dəyişikliklər səbəbindən qida qəbulunda nutriyentlərin mümkün çatışmazlıqlarının aradan qaldırılması imkanı, nutriyentlərin qidalanmada rolu və onların (o cümlədən onların çatışmazlığının) sağlamlığa təsirləri ilə bağlı son elmi sübutlar, nutriyentlərin insan həyat və sağlamlığı üçün təhlükəsiz olan yuxarı həddi, çatışmazlığı olan nutriyenti ehtiva edən hər bir qida məhsulunun ümumilikdə əhalinin və ya əhalinin xüsusi qruplarının ümumi qida rasionundakı miqdarı, çatışmayan nutriyentlərin digər qida mənbələrindən qəbulu səviyyəsi və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyən edilmiş tələblər nəzərə alınmaqla aparılır. Aparılan elmi araşdırma nəticəsində AQTİ tərəfindən qida məhsullarının zənginləşdirilməsi haqqında elmi əsaslandırılmış təklif formalaşdırılır və AQTA-ya təqdim edilir. Agentlik tərəfindən bu təklif əsasında zənginləşdirilə biləcək qida məhsullarının, o cümlədən həmin qida məhsullarının zənginləşdirilməsinin iqtisadi sahəyə təsirinin müəyyən edilməsi məqsədilə Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin və digər aidiyyəti dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələrindən ibarət tərkibdə işçi qrup yaradılır. İşçi qrupun təklifləri nəzərə alınmaqla, müvafiq qərar layihəsi hazırlanır. Həmin layihə İnstitutun elmi əsaslandırılmış təklifi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Qida məhsullarının zənginləşdirilməsi haqqında Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda çatışmazlığı olan nutriyentin qida məhsulundakı həddi qeyd edilməlidir. Qida məhsuluna inqrediyentin və digər maddənin əlavə edilməsi çatışmazlığı olan nutriyentin qida məhsulunda ən azı müəyyən edilmiş minimum miqdarda olması ilə nəticələnməlidir.
Müştərilərin xəbərləri
Özbəkistan nümayəndə heyətinin "Prime Cotton"a səfəri çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
6 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
4 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
1 saat əvvəl
METAK istehsalı rəqəmsallaşdırır – Şimali Makedoniya şirkəti ilə yeni layihəyə başladı
-
1 saat əvvəl
Azərbaycan şirkəti Özbəkistanda 700 hektarlıq nəhəng layihəyə başlayır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Matanat-A”nın Özbəkistanda gips zavodu açıldı – prezidentlər mərasimə qatıldılar
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub
-
11 saat əvvəl
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
Ən çox oxunanlar
“Landau” sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq – Proqram qəbul edildi
Hacıqabulda 80 milyon dollar sərmayə ilə avtomobil zavod tikilir - TAM İSTEHSAL OLACAQ



























