"Ötən illə müqayisədə məhsul bol olacaq"
Lənkəranın bir çox kəndində açıq sahələrdə çiyələk əkininə üstünlük verilir. Fermerlərin sözlərinə görə, açıq sahədə əkilən çiyələk iqlimə tam uyğundur. Mayın əvvəlindən ilk yığıma başlanılıb. Ötən illə müqayisədə məhsul bol olacaq.
Lənkəranda ilbəil çiyələyin əkin sahələri genişləndirilir. Cənub rayonlarında daha çox çiyələyin “Albion”, “Murano”, “Kler” növləri yetişdirilir. Bu növlər həm yerli iqlimə tez uyğunlaşır, həm də məhsuldarlığı ilə fərqlənir.
Fermer Şahin Mirzəyev rayonun Xarxatan kəndində 15 hektar ərazidə çiyələk sahəsi salıb. O, çiyələyin “Murano” və “Kler” sortlarının əkininə üstünlük verib: “Açıq sahədə məhsul yığımına başlamışıq. Çox gözəl bar verib. Əkdiyimiz çiyələklər həm dadına, həm də keyfiyyətinə görə seçilir. Uzaq məsafəyə göndərmək üçün əlverişlidir və dözümlüdür. Dövlət subsidiyası ilə götürdüyümüz texnikalardan istifadə edirik. Gələcəkdə məhsuldarlığı artırmaq məqsədilə daha geniş ərazilərdə əkin aparmaq fikrimiz var. Məhsullarımızı MDB ölkələrinə, o cümlədən Rusiyaya ixrac etməyi düşünürük”.
Çiyələk həssas bitki olduğundan, yaxşı qulluq tələb edir. Aqrotexniki qaydalara düzgün əməl etməklə yüksək məhsuldarlığa nail olmaq mümkündür. Təsərrüfatın baş aqronomu Mikayıl Sadıqov deyir ki, sentyabrda əkilən çiyələk şitilləri may ayında məhsul verməyə başlayır. Yaxşı qulluq göstərilən sahənin hər hektarından 70 ton məhsul götürmək mümkündür: “Xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizənin aparılması yüksək məhsuldarlıq üçün əsas şərtdir. Çiyələyi sentyabr ayında əkmişik, artıq ilkin yığıma başlamışıq. Ümumiyyətlə, təsərrüfatda bir hektardan 50-60 ton məhsul gözlənilir”.
Hazırda kredit və dövlət subsidiyası hesabına çiyələk sahələri genişləndirilir. Ötən il əkilən şitillərin 4-5 aylıq qulluqdan sonra hektara 50-60 ton məhsul verəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, bu il Lənkəranda 200 hektara yaxın sahədə çiyələk əkilib. Gələn il bu sahələrin artırılması nəzərdə tutulur.
© Azərtac
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
9 d. əvvəl
Yağıntılı hava şəraiti davam edəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
-
1 saat əvvəl
Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər itkindir
-
1 saat əvvəl
Qida duzu üzrə yerli təminat daxili tələbatı üstələyib – 104,8%
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şəkər istehsalı üçün xammal üzrə təminat zəifdir: göstərici 50,5%-ə çatıb
-
1 saat əvvəl
Azərbaycanda kərə yağı üzrə təminat zəifdir: göstərici 62%-ə geriləyib
-
1 saat əvvəl
Meyvə və tərəvəz şirələri üzrə yerli təminat daxili tələbatı üstələyib – 127,7%
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Yağıntılı hava şəraiti davam edəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
Azərbaycanda şəkər istehsalı üçün xammal üzrə təminat zəifdir: göstərici 50,5%-ə çatıb
Ən çox oxunanlar
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb, bir nəfər ölüb
Volvo Cars-ın səhmləri 27% ucuzlaşdı – Şirkət 2500 işçisini ixtisar edəcək, milyardlarla kron zərər açıqlayıb
Daşkəsəndə kənd köçürülür? – Rəsmi reaksiya
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
Nvidia-nın rəhbəri ilk dəfə Qazaxıstana səfər edib – Ölkədə süni intellektə 10 milyard dollarlıq investisiya planlaşdırılır
Balıq və balıq məhsulları üzrə təminat güclənib: 81,1%



























