Bu gün Krasnoyarskdan Bakıya yeni aviareys açılır
Bu gün Rusiyanın Krasnoyarsk şəhərindən (Yemelyanov Beynəlxalq Hava Limanı) Bakıya yeni bir birbaşa aviareys açılır.
Uçuşları "Nordwind Airlines" aviaşirkəti (Rusiya) həyata keçirəcək.
Reyslər oktyabrın 4-dək davam edəcək.
Qeyd edək ki, "Nordwind" aviaşirkəti hər həftənin çərşənbə günü uçuş təşkil edəcək. Krasnoyarskdan uçuş yerli vaxtla saat 11:50-də (Bakıya çatma - 14:05), əks istiqamətdə isə Bakı vaxtı ilə saat 16:25-də (çatma - 00:10) "Boeing 737-800" tipli təyyarələrlə yerinə yetiriləcək.
Xatırladaq ki, hazırda "İrAero" aviaşirkəti də Krasnoyarskdan Bakıya uçuşlar həyata keçirir.
Krasnoyarsk-Bakı marşrutu üzrə ilk uçuş iyunun 21-də baş tutub. Birinci reysdə hava gəmisinin yüklənməsi 100% olub. Bu istiqamət üzrə uçuşlar yay cədvəlinin sonunadək (oktyabrın 25-dək) davam edəcək.
"Nordwind Airlines" 2008-ci ildən fəaliyyət göstərir və 11 ölkənin 52 şəhərinə uçuşlar yerinə yetirir.
©Report
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 3 d. əvvəl
- 22 d. əvvəl
-
33 d. əvvəl
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
- 40 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bitki yağları üzrə təminat zəifdir: göstərici 52,4%-ə geriləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Volvo Cars-ın səhmləri 27% ucuzlaşdı – Şirkət 2500 işçisini ixtisar edəcək, milyardlarla kron zərər açıqlayıb
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
Nvidia-nın rəhbəri ilk dəfə Qazaxıstana səfər edib – Ölkədə süni intellektə 10 milyard dollarlıq investisiya planlaşdırılır
Ən çox oxunanlar
Balıq və balıq məhsulları üzrə təminat güclənib: 81,1%
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Oktyabrın 24-də gözlənilən hava şəraiti
“AllAllFinance”ın xalis mənfəəti 14% artıb
























