2 sahibkarın və 2 şirkətin istehsal fəaliyyəti dayandırılıb, məhsulları mağazalardan geri çağırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cari ilin may ayının 1-dən etibarən qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirləri aparıb.
Marja.az AQTA-ya istinadən xəbər verir ki, artıq 3 müəssisənin fəaliyyəti dayandırılıb.
Fəaliyyəti dayandırılan müəssisələr fiziki şəxs Ələsgərov Xəqani, “Qafqaz Aqua” MMC və “AM Trading” MMC şirkətlərinə məxsusdur. Müvafiq olaraq istehsal edilən “Muğanlı”, “Qafqaz Aqua” və “Qornaya” məhsullarında mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib. Bununla əlaqədar olaraq müəssisələrin fəaliyyəti dayandırılıb, uyğunsuzluq aşkar edilmiş partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
"AzNar" QSC-nin istehsal etdiyi "Aria" məhsulunda da mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib. Belə ki, suyun mənbəyi İsmayıllı rayonu, "Nar Bulaq" artezian quyusu olduğu halda, üzərində dağ şəkli göstərilərək dağ suyu təəssüratı yaradır. Uyğunsuzluq aşkar edilmiş məhsul partiyasının ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Yeni qablaşdırmada dağ şəkli çıxarılıb.
Həmçinin Fiziki şəxs Dadaşov Azər oğluna məxsus müəssisənin fəaliyyəti "Bir Dama Su" məhsulunun üzərində etiket məlumatları mövcud olmadığına görə dayandırılıb. Nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib.
Həmçinin müəyyən edilib ki, qablaşdırılmış su məhsulunun üzərində "Çemp Su" MMC suyun mənbəyi "mərkəzləşdirilmiş su xəttindən təmizlənmiş içməli su" olduğu halda, üzərində "müalicəvi" xarakterli məlumatlar və "Böyük Qafqaz sıra dağlarının təbii bulaqlarından ekoloji təmiz su" qeyd edib,
Fiziki şəxs Zeynalova Sevda Nofəl qızı "Abşirin Su" məhsulunun üzərində suyun mənbəyi quyu suyu olduğu halda, üzərində "təbii içməli su" qeyd edib,
"İkar-Qrup" MMC şirkəti "Elmas" məhsulunun üzərində suyun mənbəyi "Abşeron rayonu, Zirə kəndi, artezian suyu" olduğu halda, üzərində "mineral süfrə suyu" qeyd edib, "Ada Su" məhsulunun üzərində suyun mənbəyi “Abşeron rayonu, Zirə kəndi, artezian suyu” olduğu halda, üzərində "təbii qazsız içməli su" qeyd edib, “Gülüm” məhsulunun üzərində isə suyun mənbəyi “Abşeron rayonu, Zirə kəndi, artezian suyu” olduğu halda, üzərində "mineral su" qeyd edib, "Sizlik Su" məhsulunun isə mənbəyi qeyd olunmayıb.
“Çuxuryurd” məhsulunun üəzrində "təbii müalicəvi mineral süfrə suyu", "Mor-Mor Turşsu" üzərində "müalicəvi" xarakterli məlumatlar, həmçinin adında "mineral müalicəvi süfrə suyu", "Çaldaş"məhsulunun üzərində isə "müalicəvi" xarakterli məlumatlar, həmçinin adında "müalicəvi süfrə suyu" qeyd olunub.
Həmçinin "Gülazar" suyunun mənbəyinin "Göygöl-Gəncə magistral su kəməri" olduğu halda, üzərində dağ şəkli göstərilərək dağ suyu təəssüratı yaradıb və suyun mənbəyi qeyd edilməyib.
“Vita 1000” suyun mənbəyi "Oğuz-Qəbələ-Bakı su kəməri" olduğu halda, üzərində "Böyük Qafqaz sıra dağları" və "təbii mineral süfrə suyu" qeyd olunsa da, istehsal prosesi zamanı müvafiq filterdən keçirildiyi müşahidə olunub.
"Murovdağ" suyun mənbəyi "Göygöl-Gəncə magistral su kəməri" olduğu halda, üzərində dağ şəkli göstərilərək dağ suyu təəssüratı yaradır və suyun mənbəyi qeyd edilməyib.
"Ozon Su" suyun mənbəyi mərkəzləşdirilmiş su xəttindən götürülən su olsa da, məhsulun üzərində suyun mənbəyi "Böyük Qafqaz sıra dağları" qeyd olunub.
"Zəhra" suyun mənbəyi "Göygöl-Gəncə magistral su kəməri" olduğu halda, üzərində "bulaq suyu" ifadəsi qeyd olunub.
"İpək Su" MMC şirkətinə məxsus "İpək Su" suyun mənbəyi "Xaçmaz rayonu artezian suyu" olduğu halda, üzərində "bulaq suyu" qeyd edilib.
Fiziki şəxs Hüseynov Ədalət Alcəfər oğluna məxsus "İpək Su" suyun mənbəyi "Xaçmaz rayonu artezian suyu" olduğu halda, üzərində "bulaq suyu" qeyd edilib.
"Mehri Su", "Fərab Su", "İnci", "Kuzə","Saf Su" və "Araz Su" məhsullarının üzərində suyun mənbəyi qeyd olunmayıb.
Aşkarlanmış nöqsanlarla bağlı hər bir sahibkar barəsində protokol tərtib edilib. Həmin məhsulların emalı və satışı dayandırılıb, qanunvericiliyin tələblərinə uyğun olmayan etiketlərin istifadəsi qadağan olunub və həmin etiketlər məhv edilib. Eyni zamanda, məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı sahibkarlara icrası məcburi göstərişlər verilib.
Qeyd edilib ki, bir sıra qida subyektləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış yeni etiketlərlə məhsulların emalına başlanılıb.
Mikrobioloji göstəricilərində uyğunsuzluq aşkar edilən 4 müəssisə və həmin müəssisələrdə emal olunan məhsullar, həmçinin görülən tədbirlərlə aşağıdakı cədvəl vasitəsilə tanış ola bilərsiniz:
Cədvəl 1.
S/N | İstehsalçının adı | Məhsulun əmtəə nişanı | Aşkarlanan uyğunsuzluqlar | Uyğunsuzluqlarla əlaqədar görülmüş tədbir |
1 | "AzNar" QSC | "Aria" | Mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib. (19.09.2022-ci il istehsal tarixli məhsul partiyası) Suyun mənbəyi İsmayıllı rayonu, "Nar Bulaq" artezian quyusu olduğu halda, üzərində dağ şəkli göstərilərək dağ suyu təəssüratı yaradır. | Uyğunsuzluq aşkar edilmiş məhsul partiyasının ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Yeni qablaşdırmada dağ şəkli çıxarılıb. |
2 | Fiziki şəxs Ələsgərov Xəqani | “Muğanlı” | Mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib. (09.04.2023-cü il istehsal tarixli məhsul partiyası) | Müəssisənin fəaliyyəti dayandırılıb, uyğunsuzluq aşkar edilmiş partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. |
3 | “Qafqaz Aqua” MMC | “Qafqaz Aqua” | Mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib. (03.04.2023-cü il istehsal tarixli məhsul partiyası) | Müəssisənin fəaliyyəti dayandırılıb, uyğunsuzluq aşkar edilmiş partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. |
4 | “AM Trading” MMC | “Qornaya” | Mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib. (01.03.2023-cü il istehsal tarixli məhsul partiyası) | Müəssisənin fəaliyyəti dayandırılıb, uyğunsuzluq aşkar edilmiş partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. |
Etiket məlumatlarında uyğunsuzluqlar aşkarlanan 18 müəssisə və həmin müəssisələrdə emal olunan məhsullar, həmçinin görülən tədbirlərlə aşağıdakı cədvəl vasitəsilə tanış ola bilərsiniz:
Cədvəl 2.
S/N | İstehsalçının adı | Məhsulun əmtəə nişanı | Aşkarlanan uyğunsuzluqlar | Uyğunsuzluqlarla əlaqədar görülmüş tədbir |
1 | "Çemp Su" MMC | "Çemp Su" | Suyun mənbəyi "mərkəzləşdirilmiş su xəttindən təmizlənmiş içməli su" olduğu halda, üzərində "müalicəvi" xarakterli məlumatlar və "Böyük Qafqaz sıra dağlarının təbii bulaqlarından ekoloji təmiz su" qeyd edilib. | "müalicəvi" xarakterli məlumatlar çıxarılıb, mənbəyi "mərkəzləşdirilmiş su xəttindən təmizlənmiş içməli su" qeyd edilib. |
2 | "Xeyriyyə" MMC | “Çuxuryurd” | Üzərində "təbii müalicəvi mineral süfrə suyu" qeyd olunub. | "müalicəvi" sözü çıxarılaraq, "təbii mineral süfrə suyu" ilə əvəzlənib |
3 | "Mor-Mor" KFT MMC | "Mor-Mor Turşsu" | Üzərində "müalicəvi" xarakterli məlumatlar, həmçinin adında "mineral müalicəvi süfrə suyu" qeyd olunub. | "müalicəvi" xarakterli məlumatlar çıxarılıb, "mineral müalicəvi süfrə suyu" qeydi "qazlı mineral su" ilə əvəzlənib. |
4 | Fiziki şəxs Quliyev Akif Siyaş oğlu | "Çaldaş" | Üzərində "müalicəvi" xarakterli məlumatlar, həmçinin adında "müalicəvi süfrə suyu" qeyd olunub. | “müalicəvi” xarakterli məlumatlar və "müalicəvi süfrə suyu" qeydi çıxarılıb. |
5 | Fiziki şəxs Zeynalova Sevda Nofəl qızı | "Abşirin Su" | Suyun mənbəyi quyu suyu olduğu halda, üzərində "təbii içməli su" qeyd edilib. | "təbii içməli su" sözləri "təmizlənmiş içməli quyu suyu" ilə əvəzlənib. |
6 | "İkar-Qrup" MMC | "Elmas" | Suyun mənbəyi "Abşeron rayonu, Zirə kəndi, artezian suyu" olduğu halda, üzərində "mineral süfrə suyu" qeyd edilib. | "mineral süfrə suyu" sözləri “qazsız içməli su” ilə əvəzlənib. |
"Ada Su" | Suyun mənbəyi “Abşeron rayonu, Zirə kəndi, artezian suyu” olduğu halda, üzərində "təbii qazsız içməli su" qeyd edilib. | "təbii qazsız içməli su" sözləri "qazsız içməli su" ilə əvəzlənib. | ||
“Gülüm” | Suyun mənbəyi “Abşeron rayonu, Zirə kəndi, artezian suyu” olduğu halda, üzərində "mineral su" qeyd edilib. | "mineral su" qeydi çıxarılıb. | ||
"Sizlik Su" | Suyun mənbəyi qeyd olunmayıb. | Üzərində "ozonlaşdırılmış artezian suyu" qeyd edilib. | ||
7 | Fiziki şəxs İsfəndiyarov Əkbər Əli oğlu | "Mehri Su" | Suyun mənbəyi qeyd olunmayıb. | Üzərində "mərkəzləşdirilmiş xətt filterindən keçən su" qeyd edilib. |
"Fərab Su" | Suyun mənbəyi qeyd olunmayıb. | Üzərində "mərkəzləşdirilmiş xətt filterindən keçən su" qeyd edilib. | ||
"İnci" | Suyun mənbəyi qeyd olunmayıb. | Üzərində "mərkəzləşdirilmiş xətt filterindən keçən su" qeyd edilib. | ||
"Kuzə" | Suyun mənbəyi qeyd olunmayıb. | Üzərində "mərkəzləşdirilmiş xətt filterindən keçən su" qeyd edilib. | ||
8 | Fiziki şəxs Ağayev Pərviz Teymur oğlu | "Saf Su" | Suyun mənbəyi qeyd olunmayıb. | Üzərində "yüksək keyfiyyətli təbii artezian suyu" qeyd edilib. |
9 | Fiziki şəxs Həsənəliyev Seyfulla Rəvxan oğlu | "Araz Su" | Suyun mənbəyi qeyd olunmayıb. | Üzərində "osmosis sistemlərlə filterləşdirilmiş şəbəkə suyu" qeyd edilib. |
10 | Fiziki şəxs Mustafayev Mübariz Müşviq oğlu | "Gülazar" | Suyun mənbəyi "Göygöl-Gəncə magistral su kəməri" olduğu halda, üzərində dağ şəkli göstərilərək dağ suyu təəssüratı yaradır və suyun mənbəyi qeyd edilməyib. | Suyun mənbəyi qeyd edilib və yeni qablaşdırmada dağ şəkli çıxarılıb. |
11 | "Mineral Sular" MMC | “Vita 1000” | Suyun mənbəyi "Oğuz-Qəbələ-Bakı su kəməri" olduğu halda, üzərində "Böyük Qafqaz sıra dağları" və "təbii mineral süfrə suyu" qeyd olunsa da, istehsal prosesi zamanı müvafiq filterdən keçirildiyi müşahidə olunub. | "Böyük Qafqaz sıra dağları" və "təbii mineral süfrə suyu" sözləri çıxarılıb, suyun mənbəyi "Oğuz-Qəbələ-Bakı su kəməri" qeyd edilib. |
12 | Fiziki şəxs Dadaşov Azər | “Bir Damla Su” | Etiket məlumatları mövcud deyil. | Müəssisənin fəaliyyəti dayandırılıb. Nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib. |
Fiziki şəxs Yusifov Əli | "Murovdağ" | Suyun mənbəyi "Göygöl-Gəncə magistral su kəməri" olduğu halda, üzərində dağ şəkli göstərilərək dağ suyu təəssüratı yaradır və suyun mənbəyi qeyd edilməyib. | İcrası davam edir. | |
14 | Fiziki şəxs Məmmədov Vüqar Saleh oğlu | "Ozon Su" | Suyun mənbəyi mərkəzləşdirilmiş su xəttindən götürülən su olsa da, məhsulun üzərində suyun mənbəyi "Böyük Qafqaz sıra dağları" qeyd olunub. | İcrası davam edir. |
15 | Fiziki şəxs Hakimi Bəxtiyar | "Zəhra" | Suyun mənbəyi "Göygöl-Gəncə magistral su kəməri" olduğu halda, üzərində "bulaq suyu" ifadəsi qeyd olunub. | İcrası davam edir. |
16 | Fiziki şəxs Nabatəliyev Həsi Yunus oğlu | "Bir Damcı Su" | Qablaşdırılan su məhsullarının üzərində etiket məlumatları mövcud deyil. | İcrası davam edir. |
17 | "İpək Su" MMC | "İpək Su" | Suyun mənbəyi "Xaçmaz rayonu artezian suyu" olduğu halda, üzərində "bulaq suyu" qeyd edilib. | İcrası davam edir. |
18 | Fiziki şəxs Hüseynov Ədalət Alcəfər oğlu | "İpək Su" | Suyun mənbəyi "Xaçmaz rayonu artezian suyu" olduğu halda, üzərində "bulaq suyu" qeyd edilib. | İcrası davam edir. |
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
12 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
12 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
12 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
14 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























