Gəncədə 6 ayda 300 milyon manatlıq sənaye məhsulu istehsal edilib
2023-cü il yanvar-iyun aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, 2023-cü ilin yanvar-iyun aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 300,6 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 78,2 milyon manatı, yaxud 26 faizi dövlət sektorunun sənaye müəssisələri, 222,4 milyon manatı, yaxud 74 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.
Sənayedə muzdla çalışan 6851 nəfər işçinin (dövlət sektorunda 4001 nəfər, qeyri-dövlət sektorunda 2850 nəfər) hər birinə verilən orta aylıq əmək haqqı 675,7 manat təşkil etmişdir. Dövlət sektorunda işçilərin orta aylıq əməkhaqqı 650,3 manat, qeyri-dövlət sektorunda 711,2 manat təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 221,0 milyon manatı, yaxud 82,8 faizi qeyri-dövlət sektoruna aid olmaqla 266,9 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 70,0 milyon manat qida məhsulları istehsalı, 6,1 milyon manat içki, 126,6 milyon manat metallurgiya sənayesi məhsulları, 45,9 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 18,3 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-iyun ayları ərzində 43,5 min ton un, 23,6 ton makaron, 69,4 min dekalitr araq, 61,5 min dekalitr şərab, 364 ədəd traktor, 164 ədəd MAZ yük avtomobili, 11681,3 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 50 ədəd taxılyığan kombaynlar və 4103 ədəd elektron, 94927 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2023-cü il yanvar-iyun ayları ərzində 21,2 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 11,6 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
18 d. əvvəl
İlon Mask 80 milyard dollar borcu olan media nəhənginə 1 milyard dollar yatırıb
- 29 d. əvvəl
- 41 d. əvvəl
-
50 d. əvvəl
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
-
1 saat əvvəl
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
-
13 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
13 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
14 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Netflix-in xalis mənfəəti 44% artıb, lakin səhmləri 6% ucuzlaşıb – Şirkət reklam gəlirləri üzrə proqnozunu azaldıb
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
Ən çox oxunanlar
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib


























