"Qızıl məmulatı bu qiymətlərdən aşağı satılırsa, deməli, əyarı düz göstərilmir"
Azərbaycanın zərgərlik məmulatları bir çox ölkələrdə keyfiyyətli məmulatlar kimi qəbul olunur.
Bunu açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin sədri Toğrul Abbasquliyev deyib.
O, zərgərlik məmulatı ixrac etdiyimiz ölkələr sırasında Özbəkistanı, Qazaxıstanı, Qırğızıstanı, BƏƏ və Türkiyəni xüsusi vurğulayıb.
İxrac bazarlarımız genişləndirilir
“Bizim məmulatların bu ölkələrdə kifayət qədər böyük rəqabətə malik gücü var. Bizim dəstəyimizlə Azərbaycan istehsalçıları “AzerGold” QSC-dən qızıl alaraq zərgərlik məmulatları hazırlayıb ixrac edirlər. ABŞ-a məhsul ixracımız olur. Bəzi brendlərimizin Özbəkistanda vahid “Made in Azerbaijan” brendi ilə təmsil olunması barədə danışıqlar aparırıq. Türkiyədə, Qazaxıstanda, Özbəkistanda Azərbaycana məxsus brendlərin satış nöqtələri var. Hər il bu göstəricilərin artacağını düşünürəm. Bu ölkələrlə qarşılıqlı razılaşmalarımız var ki, bizim brendlər həmin ölkələrdə, onların da brendləri Azərbaycanda təmsil olunsun", - T. Abbasquliyev bildirib.
Beynəlxalq sərgilərə çıxış
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan zərgərlik məmulatlarının ixrac həcmi 19 milyon manatdan çox olub: "Bu göstəricinin artırılması üçün beynəlxalq və regional sərgilərdə iştirak etmək önəmlidir. Azərbaycan hələ ki, bu sərgilərdə iştirak edə bilmir. Amma İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə danışıqlarımıza əsasən ümid edirəm ki, yaxın zamanda həmin beynəlxalq zərgərlik sərgi və festivallarında Azərbaycan məmulatlarını təmsil edə biləcəyik”.
Azərbaycanda əksər brendlər təmsil olunub
T.Abbasquliev dünyanın “A” sinif zərgərlik brendlərinin hamısının Azərbaycanda təmsil olunduğunu bildirib:
“Məşhur “Tiffany”, “Bulgari”, “Roberto Coin”, “Chopard”, “Leo Pizzo”, “Stephen Webster” kimi brendlərin hamısı ölkəmizdə təmsil olunur. Azərbaycanda “B” sinfə də aid dünya brendləri var. Bunlar əsasən Türkiyə, İtaliya, Rusiya brendləridir. Rusiyanın məşhur “Sokolov” brendi burda təmsil olunur. Məşhur “Pandora” markasının Azərbaycanda 5 satış mağazası var. Yəni Azərbaycanda hər kateqoriyadan olan dünya markaları mövcuddur”.
Qiymət fərqi varmı?
O bildirib ki, “A” sinf brendlərin qiyməti müxtəlif ölkələrdə təqribən eynidir:
“Hansısa ölkədə qiymət fərqi çox olsa, orda satışlar xeyli aşağı olar. Çünki bu gün insanların öz ölkəsindən xaricə rahat çıxış imkanı var. Tanınmış brendlər yerli dilerlərlə elə işləyirlər ki, məhsullarının həmin ölkədəki qiymətləri dünya bazarındakı qiymətlərə uyğun olsun. Azərbaycanda da belədir. Topdan satılan qızıl, gümüş və ya qiymətli daşlardan hazırlanan məmulatların qiyməti onun dizaynına uyğun dəyişir”.
585 əyarlı qızıl məmulatı 95 manatdan ucuz olmamalıdır
T.Abbasquliyev birjada bir qram 999 əyarlı qızılın qiymətinin 62 ABŞ dolları olmasına toxunub:
"Bu o deməkdir ki, Azərbaycanda bir qram 585 əyarlı qızıl məmulatının maya dəyəri 70 manatdan başlayır. Söhbət ən sadə işçilikli, fərqli dizaynı olmayan məmulatlardan gedir. Fərqli dizaynlıların qiyməti daha yüksək olur. 750 əyarlı qızılın isə maya dəyəri 80 manatdan başlayır. Bunun üzərinə sahibkarın gəlir marjası da əlavə edilir. Bu marja bir qrama görə 10 manat, 30 manat və daha çox ola bilər. Qiymətin üzərinə ƏDV də əlavə olunur. Bu hesabla bazarda minimum gəlir marjası ilə (10 manat) 585 əyarlı qızıl məmulatının qiyməti 95 manatdan başlamalıdır".
750 əyarlı məmulat 105-106 manata satılmalıdır
Assosiasiya rəhbəri hesab edir ki, qiymət bundan aşağıdırsa, deməli ya sahibkar vergidən yayınır, ya da o məmulatın əyarı düz göstərilmir: "Amma məmulatın dizaynı fərqlidirsə, qiyməti baha olur. Bu, əsasən İtaliya, İspaniya brendlərinə aiddir. Azərbaycan və Türkiyə məmulatlarında da belə hallara rast gəlinir. Onların bir qrama görə qiymətləri 120-150 manat və ya daha yüksək olur. 750 əyarlı qızıl məmulatının isə qiyməti minimum gəlir marjası ilə 105-106 manat edir. Bu, bir qram məmulatın minimal satış qiymətidir. Məmulatın üzərində qiymətli daşlar varsa, qiymət individual olaraq təyin edilir”.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 21,634 milyon ABŞ dolları dəyərində 1 min 608 kiloqram zərgərlik məmulatları (gümüşdən və digər qiymətli metallardan) idxal edilib. Bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 41 % çoxdur. Həmin dövrdə ölkədən 997,15 min ABŞ dolları dəyərində 12,1 kiloqram zərgərlik məmulatı ixrac edilib ki, bu da illik müqayisədə müvafiq olaraq 10 və 27 dəfə çoxdur. 6 ayda Azərbaycan İspaniyaya 371,47 min ABŞ dolları dəyərində 1,96 kiloqram, BƏƏ-ə 367 min ABŞ dolları dəyərində 7,46 kiloqram, İsveçrəyə 172,1 min ABŞ dolları dəyərində 0,04 kiloqram və Fransaya 86,6 min ABŞ dolları dəyərində 2,59 kiloqram zərgərlik məmulatı satıb.
© "Report"
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
48 d. əvvəl
Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər itkindir
-
51 d. əvvəl
Qida duzu üzrə yerli təminat daxili tələbatı üstələyib – 104,8%
- 52 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycanda şəkər istehsalı üçün xammal üzrə təminat zəifdir: göstərici 50,5%-ə çatıb
-
1 saat əvvəl
Azərbaycanda kərə yağı üzrə təminat zəifdir: göstərici 62%-ə geriləyib
-
1 saat əvvəl
Meyvə və tərəvəz şirələri üzrə yerli təminat daxili tələbatı üstələyib – 127,7%
-
1 saat əvvəl
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb, bir nəfər ölüb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər itkindir
Ən çox oxunanlar
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb, bir nəfər ölüb
Volvo Cars-ın səhmləri 27% ucuzlaşdı – Şirkət 2500 işçisini ixtisar edəcək, milyardlarla kron zərər açıqlayıb
Daşkəsəndə kənd köçürülür? – Rəsmi reaksiya
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
Nvidia-nın rəhbəri ilk dəfə Qazaxıstana səfər edib – Ölkədə süni intellektə 10 milyard dollarlıq investisiya planlaşdırılır
Balıq və balıq məhsulları üzrə təminat güclənib: 81,1%
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%

























