İqtisadi qanunvericilikdə "Veysəloğlu" şirkətinin təklifləri nəzərə alınacaq
"Bu gün Veysəloğlu şirkətinin təsisçisi və Baş icraçı direktoru Aydın Talıbovla iqtisadi islahatların iqtisadiyyatın real sektoruna müsbət təsirlərini və özəl sektor qarşısında yaranan müasir çağırışları müzakirə etdik".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
"Təklifləri növbəti ildə qanunvericilik fəaliyyətimizdə nəzərə alacağıq",- Mirkişili əlavə edib.
Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin sədri Tahir Mirkişili iş adamı, “Azersun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozal ilə də görüşmüşdü. Bu görüş zamanı da qanunvericiliyə aid təkliflər müzakirə olunmuşdu.
Tahir Mirkişili hesab edir ki, real sektor ilə müzakirələr iqtisadi qanunvericiliyin icra mexanizmlərinin təkmilləşməsinə xidmət edir. Sahibkarların qanunvericiliklə bağlı təşəbbüskar olmaları çox vacibdir. Bu həm də dövlət-sahibkar münasibətlərində etimadın göstəricilərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 d. əvvəl
Dövlət Xidmətinin şöbə müdiri Metrologiya İnstitutuna müvəqqəti rəhbərlik edəcək
- 35 d. əvvəl
- 44 d. əvvəl
-
45 d. əvvəl
Prezident İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib
-
57 d. əvvəl
İranın prezidenti səlahiyyətlərini icra edəcək şəxs məlum olub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Heydər Əliyev prospektinin bir addımlığında yeni yaşayış kompleksi tikilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İran prezidentinin helikopterində olanların hamısı ölmüş sayılır"
- 12 saat əvvəl