1198 şəxs əməkhaqqının birgə maliyyələşməsi proqramı çərçivəsində maaş alır
Agentlik tərəfindən 2023-cü ildə 118 398 şəxs işlə təmin edilib, 17 362 nəfər isə özünüməşğulluq proqramına cəlb olunub2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 118 398 şəxs münasib işlə təmin edilib.
Bunu Dövlət Məşğulluq Agentliyində ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib.
Qeyd olunub ki, ötən il 17 362 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Proqramın əhatə dairəsi daha da genişləndirilərək 13 yeni zərf yaradılıb,18 zərfin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib.
Özünüməşğulluq tədbirlərini dəstəkləyən yerli və beynəlxalq tərəfdaşlarla “Məşğulluğa dəstək layihəsi”, “Özünüməşğulluğa dəstək”, “Səyyar kofe evləri”, Həmkarlar İttifaqları ilə özünüməşğulluğa dəstək, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması”, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı”, “Potensial ABAD-çılara dəstək”, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı – 2023”, “Qarabağ KOB-ları” layihələri də icra edilib.
Dövlət-özəl tərəfdaşlığı əsasında peşə hazırlığı kurslarının əhatəsi də genişləndirilib, əməkdaşlıq olunan müəssisələrin sayı 130-a çatıb. Ötən il həmçinin illik 960 nəfərin peşə kursu keçməsinə imkan verən Qarabağ Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. Bununla da Agentliyin Peşə Hazırlığı Mərkəzlərinin sayı 4-ə çatıb. 2023-cü il ərzində 9518 nəfər peşə hazırlığına cəlb edilib. Kursları bitirənlərin 81 faizi işlə təmin olunub.
Ötən il Bakı və bölgələrdə ümumilikdə 129 əmək yarmarkası keçirilib və 1809 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 22 mindən çox vakansiya təqdim olunub. İl ərzində 281 539 şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib, ikinci dəfə Peşələr Festivalı baş tutub, Naxçıvan və Azərbaycan Karyera İnkişaf Forumu və İnsan Resursları Zirvəsi keçirilib.
Əməkhaqqının birgə maliyyələşməsi proqramı çərçivəsində artıq 315 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanaraq 1198 şəxs işlə təmin olunduğu, ötən il 8370 şəxsə işsizlikdən sığorta ödənişi təyin edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, eyni zamanda, keçən il işsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri bir qədər də yumşaldılıb. Belə ki, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan sığorta stajının müddəti 30 aydan 24 aya endirilib.
Məşğulluq sahəsində xidmətlərin rəqəmsallaşdırılması işləri də davam etdirilib. 2022-ci ilin may ayında istifadəyə verilən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) ötən il yenilənərək bu altsistemdə daha bir neçə modul istifadəyə verilib. Digər bir mühüm tədbir isə “Məzunların məşğulluq reytinqi” platformasının istifadəyə verilməsi olub. Ölkənin 11 aparıcı universitetindən əldə edilmiş məzun məlumatları emal edilib, məlumat bazasına əlavə edilərək ƏMAS-da yerləşdirilib. İşsizlikdən sığorta ödənişi almaq hüququ olan şəxslərin elektron reyestri yaradılaraq istifadəyə verilib və ƏMAS-da yerləşdirilib.
Böyük Qayıdış proqramına uyğun olaraq, Agentlk tərəfindən görülən işlər barədə də məlumat verilib. Qeyd olunub ki, ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərə köçürülməsi nəzərdə tutulan 129,3 min nəfər şəxsin adlı siyahısı üzrə təhlillər aparılıb. Artıq köç etmiş şəxslərdən 1138 nəfərin məşğulluğu təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 250-dən çox işəgötürənlə əlaqələr qurulub, 70-dək işəgötürənin kadr ehtiyaclarının ödənilməsinə dəstək göstərilib, 2 işəgötürənin əməkdaşlarının əməkhaqları birgə maliyyələşdirilib.
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 20 596 şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 10 354 şəxsin özünüməşğulluq proqramına cəlb edildiyi qeyd olunub. Ötən il Agentliyin beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndiyi bildirilib, qurumun 2 beynəlxalq təşkilata (Avropa Sosial Şəbəkəsi və ABŞ-ın Kolleclər və İşəgötürənlər Assosiasiyası) üzv seçildiyi, “Business Awards UK” müsabiqəsinin qalibi və bir beynəlxalq müsabiqənin (“SDC Awards”) isə finalçısı olduğu bildirilib.
Cari ildə də Agentliyin 27 funksional fəaliyət istiqamətini özündə birləşdirən 5 fəaliyyət sahəsi üzrə: əmək bazarının təhlili, məşğulluq sahəsində nəzarət, işsizlərlə iş, işəgötürənlərlə iş, cəmiyyətin gələcək əmək bazarına hazırlanması istiqamətində işlərin davam etdiriləcəyi, fəaliyyət istiqamətlərinin daha da təkmilləşdiriləcəyi vurğulanıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
7 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
7 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
9 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























