Dövlətə məxsus holdinqin işçilərinin say 118, kapitalı 500 milyon manat olaraq təsdiq edildi
Nazirlər Kabineti “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin, strukturunun və işçilərinin say həddini təsdiqləyib.
.“Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin işçilərinin say həddi 118 ştat vahidi müəyyən edilib. Cəmiyyətin nizamnamə kapitalı 500 milyon manatdır.
Nizamnaməyə əsasən, Cəmiyyət silah istehsalının, ixracının və satışının təşkilini həyata keçirən, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirən kommersiya hüquqi şəxsdir. Cəmiyyət Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Cəmiyyətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- silahların istehsalının, satışının və ixracının təşkilini həyata keçirmək;
- tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə olunması, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirmək;
- Azərbaycan Respublikasının müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması baxımından bu sahəyə istehsal və kadr resurslarının, eləcə də investisiyaların cəlb olunmasını təmin etmək;
- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Cəmiyyətin vəzifələri aşağıdakılardır:
- silahların istehsalı, satışı və ixracı sahəsində qəbul edilmiş normativ hüquqi aktların, inkişaf konsepsiyaları və məqsədli proqramların həyata keçirilməsində iştirak etmək;
- silahların istehsalı, satışı və ixracının təşkili sahəsində tədbirlər görmək;
- müasir istehsal texnologiyalarının tətbiqi, habelə elmitədqiqat və təcrübi-konstruktor layihələrini həyata keçirməklə yeni silahların yaradılmasını təmin etmək;
- yeni istehsal sahələrinin yaradılmasını, eləcə də mövcud sahələrin təkmilləşdirilməsi ilə silahların davamlı istehsalını təmin etmək;
- silahların modernləşdirilməsini, habelə təmirini və utilizasiyasını təmin etmək;
- tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə olunması, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işlərin yerinə yetirilməsi üçün tədbirlər görmək;
- Cəmiyyətin, idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyində olan hüquqi şəxslərinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə təkliflər hazırlamaq və tədbirlər görmək;
- tabeliyində olan hüquqi şəxslərin inkişafına nail olmaq, həmin müəssisələrin və Cəmiyyətin istifadəsində olan əmlakın qorunub saxlanmasını və səmərəli istifadəsini təmin etmək;
- tabeliyində olan hüquqi şəxslərin ixrac potensialına təsir edən amillərin araşdırılmasını təmin etmək və bu istiqamətdə həyata keçiriləcək tədbirlərə dair təkliflər vermək;
- fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək.
Cəmiyyətin hüquqları aşağıdakılardır:
- Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq xarici ölkələrin aidiyyəti dövlət qurumları, eləcə də dövlətə məxsus və özəl hüquqi şəxslərlə hərbi-texniki sahədə əməkdaşlıq həyata keçirmək, o cümlədən xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
- Cəmiyyətin filial və nümayəndəliklərini yaratmaq, habelə tabeliyində hüquqi şəxslərin yaradılması ilə bağlı təkliflər vermək;
- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
- müqavilə əsasında müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
- dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
- əməkdaşlarını dövlət təltiflərinə və mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
- bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
Cəmiyyətin nizamnamə kapitalı 500,000,000 (beş yüz milyon) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1 manat olan 500,000,000 (beş yüz milyon) ədəd adi səhmlərdən ibarətdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən, digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.
Cəmiyyətin ali idarəetmə orqanı onun ümumi yığıncağıdır. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər Fərmana uyğun olaraq həyata keçirilir.
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Cəmiyyətin Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurası öz fəaliyyətinin nəticələrinə görə Ümumi Yığıncaq qarşısında cavabdehlik daşıyır. Müşahidə Şurasının tərkibi 3 üzvdən – Müşahidə Şurasının sədri və 2 üzvdən ibarətdir. Müşahidə Şurasının sədri və üzvləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 (üç) il təşkil edir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
7 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
7 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
8 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
9 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
























