Bakıda brend binada yerləşən dəbdəbəli mənzillər üzrə eksklüziv təkliflər
"PAŞA Real Estate" "The Ritz-Carlton Residences, Baku"da tam təchiz olunmuş və “white-box” mənzillərin seçilmiş kolleksiyasına məhdud müddətli fürsəti elan edir. "The Ritz-Carlton Residences, Baku"da mənzil sahibi olmaq üçün elan edilən bu eksklüziv üstünlüklər limitli müddətdə aktiv olacaq. İyul ayının sonunadək, hər ayın ilk 3 alıcısı xüsusi güzəştlərlə "The Ritz-Carlton Residences, Baku"da seçilmiş mənzillərə sahibi olma imkanı əldə edəcək. Rezidensiyaların təhvili 2024-cü ilin dekabrında baş tutacaq. Alıcılar isə ilkin ödəniş etdikdən sonra qalan məbləği 2025-ci ilin yanvar ayından etibarən, rahat ödəniş planından yararlanaraq tamamlaya biləcəklər.(®) "PAŞA Real Estate" böyük məmnuniyyətlə "The Ritz-Carlton Residences, Baku" üçün İyul ayının sonuna qədər keçərli olacaq əmlak təkliflərinin eksklüziv seçimini elan edir. Təkliflər “white-box” və tam təchiz olunmuş rezidensiyalara şamil olunacaq, potensial alıcılara əhəmiyyətli maliyyə şərtləri və üstünlüklər təqdim olunacaqdır.
Erkən Alıcılar üçün Xüsusi Təkliflər: Hər ay seçilmiş mənzillərin ilk üç alıcısı bir sıra cəlbedici təkliflərdən faydalanacaq. Beləliklə, alıcılar 2024-cü ilin dekabrından etibarən mənzili yaşayış üçün təhvil alma və cəmi 20% ilkin ödəniş etmə imkan verən məhdud müddətli fürsətə çıxış əldə edəcəklər. Təklif çərçivəsində, alıcılara həmçinin ödənişin qalan hissəsini 2025-ci ilin yanvar ayından etibarən, 36 aylıq hissə-hissə ödəmə imkanı da təqdim ediləcəkdir.
Eksklüziv Ödəniş İmkanları: Əmlak dəyərinin 50%-ni və ya tam məbləği əvvəlcədən ödəməyi seçənlər xüsusi güzəşt əldə edəcəklər. 50% ilkin ödəniş edən alıcılar 3%, tam ödəniş edən alıcılar isə 5%-lik endirim qazanacaq.
Rahat Mülkiyyət: Alıcılara 2024-cü ilin dekabrına qədər tam təchiz olunmuş və açarları hazır, mülkiyyət üçün əngəlsiz və rahat yol təklif olunur.
Lüks Yaşayış Yenidən Tanımlanır: Rezidensiyalar The Ritz-Carlton brendinin sinonimi olan zəriflik və ən kiçik detallara qədər xüsusi diqqəti əks etdirir. Bakının müasir memarlıq nümunələrindən birində yerləşən rezidensiyalar məxfilik, lüks və unikal dizayn variantları təklif edir. Burada həm hər bir mənzilin dənizə və ya şəhərə mənzərəsi mövcuddur, həm də sakinlər The Ritz-Carlton oteli və onun çeşidli üstünlüklərinə birbaşa çıxış əldə edirlər.
The Ritz-Carlton Residences, Baku haqqında: Bakının ən yaxşı bölgələrindən birində yerləşən The Ritz-Carlton Residences lüks və eksklüzivliyin simvolu kimi yüksəlir. Regionda bənzəri olmayan bir həyat tərzi təklif edən bu rezidensiyalar qlobal qonaqpərvərlik liderindən gözlənilən rahatlıq və komfort ilə birlikdə elit yaşayış təcrübəsi vəd edir.
Qeydiyyat və Konsultasiya: Potensial alıcılar www.rcresidencesbaku.com vebsaytına daxil olaraq, *1118 nömrəsinə zəng edərək və ya [email protected] elektron poçt ünvanına müraciət göndərərək satış nümayəndəsi ilə konsultasiya təyin edə bilərlər.
Qeyd: The Ritz-Carlton Residences, Baku The Ritz-Carlton Hotel Company, L.L.C. və ya onun ortaqlarına (“Ritz-Carlton”) məxsus deyil, tərəfindən idarə olunmur və ya satılmır. Yelken Operating Company L.L.C. yalnız The Ritz-Carlton markalarından Ritz-Carlton lisenziyası əsasında fəaliyyət göstərir, burada verilən hər hansı bəyanat və ya təqdimatın düzgünlüyünü təsdiqləmir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
3 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
3 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
3 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
3 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
4 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















